Yeni əfv sərəncamı gözlənilir? (AÇIQLAMA)

Yeni əfv sərəncamı gözlənilir?


"8 noyabr - Zəfər günü əfv sərəncamı ilə bağlı gözləntiləri müsbət qiymətləndirmirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Əfv məsələləri komissiyasının üzü Əliməmməd Nuriyev deyib.

Komissiya üzvü bunun səbəbini əfv sərəncamının may ayında imzalanması ilə əlaqələndirib:

"Sərəncamın imzalanmasının üstündən az vaxt keçib. Bu qısa müddətdə yeni bir sərəncamın imzalanması ehtimalını müsbət qiymətləndirmirəm. Digər tərəfdən, komissiyaların iclasları da keçirilməyib. Bu da qarşıdakı günlərdə növbəti əfv sərəncamının imzalanması ehtimalını azldır".

Əliməmməd Nuriyev bildirib ki, Konistitusiyaya görə, əfv etmək Prezidentin müstəsna hüququdur:

"Prezidentin hətta istəlinən zaman Əfv komissiyalarının iclasları keçirilmədən də onu həyata keçirtmək hüququ vardır. Nəzərə alsaq ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı genişmiqyaslı bir fəaliyyət proqramı işlənilir. Bütün dövlət qurumları, vəzifəli şəxslər prosesdə iştirak edirlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
160 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...