Nazir müavini saxta "həkimlik" sənədi satır? iddia+siyahı
ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova 49 plastik cərrahın adını paylaşaraq onları və Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib.
Yeniavaz.com xəbər verir ki, o, siyahını öz “İnstaqram” səhifəsində dərc edib.
“2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır, bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?” – Q. Ataşova yazıb.
O iddia edir ki, sözügedən şəxslər Səhiyyə Nazirliyinə 30 min manat rüşvət verməklə bu hüquqa yiyələniblər.
“Sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm ve təhsil şöbəsinin müdiri Səidə Rüstəmova ve nazirin müavini İlqar Qasımovdur”, - jurnalist bildirib.
İddialarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən “Qafqazinfo”ya aşağıdakı məzmunda açıqlama verilib.
“Plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə Analitik Ekspertiza Mərkəzi tərəfindən 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri görülüb. Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib.
Siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb. Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayan, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilən, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq olunub. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək”.
23 dəfə oxundu