Jurnalistlərə təzyiq edilə bilməz - Suriya yeni hökumətinin ilk qərarı

Jurnalistlərə təzyiq edilə bilməz -
Silahlı müxalifət komandanlığı dövlət mediasının əməkdaşlarına təzyiq və hər hansı şəkildə təqibi qadağan edib.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Vətən” nəşri məlumat yayıb.

“Ali Komandanlıq: Suriya televiziyası, televiziya və radio yayımı agentliyinin əməkdaşlarını, sosial şəbəkələrin sahiblərini təqib etmək qəti qadağandır. Onlara qarşı hər hansı təhdid etmək də qadağandır”, - məlumatda qeyd olunub.

Bildirilib ki, əmri pozmağa görə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bundan başqa, Suriya silahlı müxalifətinin komandanlığı qadınları hicab taxmağa məcbur etməyə də qadağa qoyub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
91 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...