Şəmsi Səmədzadə azadlığa buraxılıb

  Şəmsi Səmədzadə azadlığa buraxılıb
Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya iş adamının özü məlumat verib.

O, həbsinin səbəbləri barədə danışmayıb.

“Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur”, - deyə Ş. Səmədzadə bildirib.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

Ötən ilin dekabrında isə onun dələduzluqda ittiham olunaraq Özbəkistanda həbs olunmasına dair məlumat yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
51 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...