Saleh Məmmədovun dövlətə milyonlarla manat borcu var

Saleh Məmmədovun dövlətə milyonlarla manat borcu var
Bu məmurların milyonlarla borcu var. Saleh Məmmədovun sədri olduğu Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində olan qurumların dövlətə milyonlarla manat vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Qafarov Firdovsi Cümşüd oğlu olan AAYDA-nın "55 №-li Yol İstismari" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 419414.02 AZN vergi borcu var.

Rəisi Əkbərov Mübariz Hilal oğlu olan "23 №-li Yol İstismari" MMC-nin 105313.18 AZN, rəisi Süleymanov Anar Nəriman oğlu olan "3№-li Magistral Yollarin İstismari" MMC-nin 6000150.47 AZN, rəisi Səlimov Məzahir Yaqub oğlu olan "54№-li Yol İstismari" MMC-nin 443614.97 AZN vergi borcu yaranıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
41 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...