Mingəçevir Su Anbarında suyun səviyyəsi yüksəlib
Yenə korrupsiya qurbanına çevrilmə təhlükəsi var. Son günlər regiondakı dostlar deyir ki. Kür çayında mühafizə bəndlərinin möhkəmləndirilməsi qərara alınıb. Hətta kəndlərə suvuran nasoslar 15 günlük çaydan çıxarıaraq təxliyyə edilib.
Bu ilin yaz aylarında yağan və hazırda da davam edən yağıntılar əsas sun anbarlarında nəzərdə tutulandan çox suyun toplanmasına səbəb olub.
Rəsmi məlumatlara əsasən hazırda Mingəçevir Su Anbarında suyun səviyyəsi 78.89 metr-dir. Bu göstərici normal–yüksək aralıqdadır, amma hələ təhlükəli hədd kimi iqymətləndirilmir.
Anbarın normal iş rejimi üçün 75–79 metr, 80–82 metr yüksək, amma nəzarətdə olan səviyyə, 83 metr və daha yuxarı isə təhlükəli hədd hesab edilir.
Bu zaman nə edilir?
Bu hədd su anbarının maksimum layihə səviyyəsinə çox yaxınlaşır. Əgər su bu səviyyəyə qədər qalxarsa, bəndə təzyiq maksimum həddə çatır. Səviyyənin daha da artması daşqın riskini yaradır.
Təcili su buraxılması (su boşaldılması) həyata keçirilir.
Son bir ay üzrə anbarda suyun hansı səviyyədə olduğu barədə rəsmi açıqlama əldə etmək mümkün deyil. Lakin Kür çayında bəndlərin mühafizəsinin gücləndirilməsi, suvuran nasosların 15 günlük çıxarılması insanlarda suallar yaradıb.
Mingəçevir Su Anbarı boşaldılma təhlükəsində dolubmu?
Lakin burada ən çox diqqəti çəkən məqam Kür və Araz çaylarının mühafizə bəndlərinin istismarı üçün ayrılan büdcə pullarının necə xərclənməsidir. Bir çox yerlərdə Kür çayının sahilindəki meşə fondu torpaqları uzunmüddətli əkin sahəsi üçün icarəyə verilib. İnkişaf perspektivdə isə bu torpaqlar meşə massivi salınmaqla sahil yamaclarının möhkəmləndirilməsi olmalı idi.
Lakin indi məlum olur ki, Kür çayında suyun səviyyəsi yüksəldikcə, yamaclar yuyulur, dərin yarğanlar yaranır və bəndlər zəifləyir.
Bu kifayət qədər ciddi mövzudur. Yeyinti, korrupsiya ilə bəndlərin mühafizəsi üçün ayrılan vəsaitlərin, həmçinin Kürün Xəzərə tökülən deltasının təmizlənməməsi də ciddi problemdir. Ümidvarıq ki, əlaqədar qurumlar bu mövzuda təcili addımlar atacaq.
61 dəfə oxundu