Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?!


Belə ki, şikayətçi Coşqun Sifahanov fikirlərini sizə təqdim edirik:
17 iyun 2025-ci il tarixdə Füzuli rayon Horadiz şəhərində Mediasiya Təşkilatında görüşümüz baş tutdu. Qarşı tərəf Füzuli rayon təhsil sektorundan heç kim iştirak etmədi. Bu da açıq-aşkar o deməkdir ki, özlərini müdafiə etməyə sözü yoxdur. Əgər haqlı idilərsə, niyə gəlib haqlı olduqlarını bildirmədilər, Füzuli rayonu üzrə təhsil sektorunun binası ilə Mediasiya Təşkilatının binasının arası 2-3 dəqiqəlik yoldur.
Onu da qeyd edim ki, 10 iyun tarixində mənə deyir ki, elə etmə ki, sənin Regional Təhsil İdarəsindən gələn razılıq məktubunu ləğv etdirim.
Mediasiya görüşündən sonra iş avtomatik olaraq məhkəməyə keçəcək. Mən hüquqi müstəvidə işin sonuna kimi gedəcəyəm.
Bu gün sektorun mənə vakansiya siyahısını rəsmi təqdim etmədiyi, mənə şifahi şəkildə məcburi şəkildə sən bu məktəbə get deməsi, sözsüz ki, işin qanunsuz olduğundan xəbər verir.
Mən yenə açıq şəkildə deyirəm ki, mənim sektorla bir problemim yoxdur, mən haqlı olaraq yaxın olan məktəbi-Füzuli rayonu 26 nömrəli tam orta məktəbin təşkilatçı müavin yerinə təyin olunmağımı xahiş və tələb edirəm.
Tehsilmedia.az
29 dəfə oxundu