KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO

Faktinfo.az saytına səsləndirilən iddialarla bağlı Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevin anası Xatirə Uğuzova ilə əlaqə saxlayıb. Xatirə Uğuzova Akif İbrahimovun səsləndirdiyi iddiaların yalan olmadığını, özünün DİN-nin 102 çağrı mərkəzinə şikayət etdiyini, yayılmış video müraciətin isə onun iradəsindən kənar baş tutduğunu qeyd edib.
Məlum iddialara Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova da münasibət bildirib. Direktor Xatirə Uğuzova adlı xanımı tanımadığını, üzük, pul, hədiyyə aldığına dair səsləndirilən iddiaların yalan olduğunu, şərə, böhtana tuş gəldiyini qeyd edib. Məsələni hüquq-mühafizə orqanının araşdırdığını, tələbə Şəhriyar Quliyevə gəlincə, onun təhsil haqqı borcunun olduğunu, istehsalat təcürbəsinə buraxılmadığını, tələbənin qayıb limitini keçdiyini, fənn kreditini tamamlamadığını və s. səbəblərdən də adının diplom alacaq tələbələrin siyahısında yer almayacağını vurğulayıb.
Onu da qeyd edək ki,Tovuz rayonu Məşədilər kənd sakini, təqaüdçü İbrahimov Akif Əli oğlunun paylaşdığı video müraciət bir sıra saytlarda və Tik-Tok sosial şəbəkəsində paylaşılıb.
29 dəfə oxundu