Cəbrayıl sakinləri prezidentə müraciət etdi - "Kəndimizi ləğv edirlər" - VİDEO

Cəbrayıl sakinləri prezidentə müraciət etdi -
Cəbrayıl rayon Şahvəlli kənd sakinləri Azərbaycan Prezidentinə müraciət ediblər. Gundeminfo.az xəbər verir ki, bir qrup kənd sakini kəndin ortasında "Hicaz Quşçuluq" MMC tərəfindən broyler fabrikinin inşa edilməsinə etiraz ediblər. Kənd sakinləri qədim tarixi olan kəndin ərazisində broyler fabrikinin tikilməsinin insanların həyatı üçün təhlükəli olduğunu bildiriblər. Qeyd ediblər ki, kəndin dördyüzillik tarixi var. İşğaldan əvvəl kənd ərazisində 500 ev təsərrüfatı olub. Kəndin qədim məzarlığı olub. Hazırda kəndlərinə qayıtmaq arzusunda olan sakinlər Dövlət Başçısına müraciət edərək broyler fabrikinin başqa ərazidə inşa edilməsini xahiş edirlər.

Qeyd edək ki, ötən ilin iktyabrın 5-də Cəbrayıl rayonunda təməli qoyulmuş "Hicaz Quşçuluq" MMC-yə məxsus broyler fabrikinin tikintisi davam etdirilir. Tikinin nə zaman başa çatacağı haqda məlumat yoxdur.

Bütün tərəflərin mövqeyini əlavə edərək yayımlamağa hazırıq.

Gundeminfo.az vətəndaşların videomüraciətini təqdim edir:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
87 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...