Rusiyada miqrantlara taksidə işləmək qadağan olundu

Rusiyada miqrantlara taksidə işləmək qadağan olundu
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov yeni qərar imzalayıb.

Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov, patent əsasında çalışan xarici vətəndaşların müvəqqəti olaraq taksi sahəsində işləməsini qadağan edən qərarı imzalayıb. Bu məhdudiyyət şəhər ərazisində 2025-ci ilin sonuna qədər qüvvədə olacaq. Bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat verib.

Gundeminfo.az "Gazeta.Ru"ya istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə adağanın məqsədi — xidmət keyfiyyətini artırmaq və yerli vətəndaşlar üçün iş yerləri yaratmaqdır

Rəsmilər izah ediblər ki, bu qərar taksi xidmətlərinin keyfiyyətini və təhlükəsizliyini artırmaq, həmçinin Rusiya vətəndaşları üçün əlavə iş yerləri yaratmaq məqsədi daşıyır. Hakimiyyət orqanları hesab edirlər ki, bu addım sahədə nizam-intizamı təmin edəcək və sərnişinlər üçün xidmət səviyyəsini yüksəldəcək.

Miqrant əməyindən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün üç aylıq keçid dövrü müəyyən edilib. Bu müddət ərzində işəgötürənlər xarici sürücülərlə əmək münasibətlərini başa çatdıraraq, onların yerinə Rusiya vətəndaşları tapa biləcəklər.

Nəticələrə əsasən qərarın yenidən qiymətləndirilməsi mümkündür

Administrasiya qeyd edib ki, bu qadağa müvəqqəti xarakter daşıyır. Qərar qüvvədə olduğu müddətdə onun sosial-iqtisadi nəticələri analiz ediləcək və məntiqli olub-olmamasına dair son qərar veriləcək — ya uzadılacaq, ya da ləğv olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...