“Dəmirçi ailəsi” niyə susur?
Xəbər verdiyimiz kimi, Bakıda bir neçə plazanın cəmləşdiyi – “AGA Group”un sahibi olan məşhur iş adamı Aydın Dəmirçi və onun varisi olan oğlu Qafar Dəmirçinin əmlaklarının müsadirə olunacağı gözlənilir.
Qeyd edək ki, bununla bağlı xəbərdə söhbət illər əvvəl “KredoBank”dan illik 7 faizlə götürülmüş 5 milyon kreditdən gedir.
Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı həm Aydın Dəmirçi, həm də onun oğlu Qafar Dəmirçi ilə əlaqə saxlayıb.
Lakin hər iki şəxs bu barədə danışmaqdan imtina edib.
Görünür, “Dəmirçi ailəsi” problemi sakit formada həll etmək istəyir.
Adıçəkilən ailəyə yaxın mənbələr isə bildirir ki, Aydın Dəmirçi həmin krediti köhnə məzənnə ilə ödəmək istəsə də qarşı tərəf bunu qəbul etmir.
O zaman Azərbaycanda1 dolların dəyəri 0,78 qəpik idi.
Əvəzində Dərnəgül qəsəbəsində 0,29436 hektar torpaq sahəsində yerləşən, “Dəmirçi” şirkətinə məxsus 2632 kvadrat metrlik obyekt girov qoyulub. Bu barədə “Dəmirçi” şirkəti ilə ipoteka müqaviləsi bağlanıb.
Bundan başqa, borcun ödənilməsinin təminatı kimi, “City Plaza”nın Nizamnaməsində adı olan və hər birinin 50 faiz payı olan şəxslərin əmlakları, eləcə də plazanın yaxınlığında yerləşən və məhkəmə qərarı ilə ona aid olan Nəsimi rayonu, Bakıxanov prospekti, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə və Vəzirov küçələrinin əhatə dairəsində yerləşən 0,5449 hektar torpaq sahəsi ilə bağlı da ipoteka müqaviləsi bağlanıb.
2017-ci ilə qədər bağlanmalı olan kredit öhdəlikləri yerinə yetirilməyib.
Üstəlik, bankın özü də problemlərlə üzləşib. 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinin qərarı ilə “KrеdоBаnk” ləğv еdilib.
Bankın ləğvedici təyin olunan Əmаnətlərin Sığоrtаlаnmаsı Fоndu krediti tələb etməyə başlayıb. Xəbərdarlıqlar nəticə verməyəndə isə 5 milyon manat əsas borc, 458 mindən çox faiz borcu, 431 min manat cərimə və s. olmaqla, ümumilikdə 6 milyon 599 min manat pul tələbi ilə məhkəmədə iddia qaldırılıb. Tələb olunub ki, iddia təmin olunsun və girov qoyulmuş əmlaklara yönəldilsin.
Qarşı tərəf bu tələblə razılaşmır. Bildirir ki, düzgün hesablama aparılmayıb. Məsələn, vaxtilə ödədikləri 2 milyon 300 min manata yaxın vəsait nəzərə alınmayıb – borcdan çıxılmayıb.
Məhkəmə borc hissəsində Əmanətlərin Sığortalanması Fondunun iddiasını haqlı sayıb, iddianı təmin edib. Yalnız dəbbə pulu ilə bağlı hissəni təmin etməyib. Əmlaklar məsələsində isə borcu “City Plaza” MMC-nin payçılarının əmlaklarına yönəltmək qərarı verib.
Bakıda “Demirçi Tower”, “Caspian Plaza”, “Caspian Business Center”, “Ariana Business Park” kimi biznes mərkəzlərinin daxil olduğu “AQA Şirkətlər Qrupu”nun sahibi olan Dəmirçi ailəsinin adı bir müddət əvvəl də qalmaqalda hallanmışdı. Holdinqin rəhbəri Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi Şəkidə ağacları kəsdirib, təbiətə 8 milyon 300 min manata yaxın ziyan vurmaqda ittiham edilərək həbs olunmuşdu.
39 yaşlı Qafar Dəmirçi bir müddət həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılmışdı.
29 dəfə oxundu