İcra başçısının "semiçka" pulu gələn obyekti... - FOTO

İcra başçısının "semiçka" pulu gələn obyekti... -
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin obyekti aşkarlanıb.

Qlobal.az xəbər verir ki, obyekt icra başçısı Rafiq Quluyevin öz adına rəsmiləşdirilib.

İcra başçısının sözügedən obyekti Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 610 ünvanında yerləşir.

Obyektin ümumi sahəsi sənəddə 48 kvadratmetr göstərilir.

Hazırda bu obyektin real bazar dəyərinin 300 min manat civarında olduğu deyilir.

Qeyd edək ki, 1997-ci ildən Xətai rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışan Rafiq Quluyev 2019-cu ilin noyabr ayından icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yerli mediada Rafiq Quluyevin dəyəri milyonlarla ölçülən malikanəyə sahib olması barədə məlumatlar dərc edilib.

Qlobal.az Rafiq Quluyevin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 610 ünvanında yerləşən obyekti nə zaman alması barədə Xətai rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib.


İcra başçısının "semiçka" pulu gələn obyekti... -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...