Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin ölkədə yaşayış minimumu və ehtiyac meyarının artırılması haqqında qanunlarını təsdiqləyib.

Dövlət başçısı “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanunlarının tətbiqi barədə sərəncam imzalayıb.

2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat (2016-cı ildə 136 manat), əmək qabiliyyətli əhali üçün 164,5 manat (2016-cı ildə 146 manat), pensiyaçılar üçün 130,2 manat (2016-cı ildə 115 manat), uşaqlar üçün 136,6 manat (2016-cı ildə 117 man) məbləğində müəyyən edilib.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiqlənib. Hər iki qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
652 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...