10 yaşlı Nurayı ağladan icra məmuru — DANIŞDI

10 yaşlı Nurayı ağladan icra məmuru —


Quba Rayon Məhkəməsində baş vermiş hadisənin iştirakçılarından biri-məhkəmə icraçısı Ümid Məsimov Ölkə.Az-a danışıb.

Məsimov əməkdaşımızla söhbətində bildirib ki, Nuraya qarşı heç bir kobudluq edilməyib:

"Biz məcburi icra orqanıyıq. Ali Məhkəmənin qərarı var. Bu barədə Ədliyyə Nazirliyinin açıqlaması olacaq. Biz məhkəmə qərarını icra etmişik. Məcburi icra orqanı olduğumuzdan orada kobudluğun olduğunu demək olmaz".

Qeyd edək ki, 10 yaşlı Nurayın xalası Mehribandan alınaraq atası Əvəz Bayramova verilməsi mətbuatda və sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Əksəriyyət məhkəmə icraçılarını azyaşlıya qarşı kobud davranmaqda ittiham edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...