Ərdoğan planı işə düşdü: Türkiyə qərar verdi

Ərdoğan planı işə düşdü:


Türkiyə parlamenti hakim AKP-nin konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı təkliflər paketini qəbul edib.

Axar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, keçirilən gizli səsvermədə iştirak edən 480 millət vəkilindən 338-i dəyişikliyin lehinə səs verib. 134 deputat konstitusiyaya dəyişikliyin əleyhinə çıxıb. 2 nəfər bitərəf qalıb, 5 nəfər səs verməyib. 1 millət vəkilinin səsi isə etibarsız sayılıb. Qeyd edək ki, bununla da Türkiyədə referendumun keçiriləcəyi rəsmiləşib. Ümumxalq səsverməsinin 2017-ci ilin yazında keçiriləcəyi gözlənilir.

Konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidini nəzərdə tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...