Vilyam Hacıyev işini itirəcək - İmişlidən şikayətlər fantastik çoxalıb

Yaxın günlərdə bir sıra icra başçıları cəzalandırıla bilər. Artıq rəsmi dairələrdə məsələ müzakirə edilməyə başlayıb. Ölkənin iri təsərrüfat rayonlarının icra başçılarının ötən ildən başlayan strateji aqrar sektor islahatlarını, həmçinin də əhali ilə davranışları təftiş edilib. Gundeminfo.az-a daxil olan məlumata əsasən icra başçılarının fəaliyyəti ilə bağlı aparılan monitorinqlərdə əsasən İmişlinin icra başçısı Vilyam Hacıyevin davranışları ən aşağı qiymət alıb.
Mediada haqqında kifayət qədər sahibkar şikayətləri olan bu rayonun icra başçısı həmçinin də dövlət başçısının dəfələrlə göstərişlərinə baxmayaraq ailə üzvləri arasında dəbdəbəli həyatı ilə yadda qalması daha çox önəm daşıyır. İcra başçısının oğlu bütün qınaqlara baxmayaraq özünün dəbdəbəli həyatı haqqında sosial şəbəkələrdə durmadan foto və videolar paylaşır.
Rayon ərazisində isə torpaq satışından tutmuş, sahibkarların şikayətlərinə qədər, eyni zamanda təhsil və səhiyyə sistemində olan narazılıqlar kifayət qədər artıb. Redaksiyamıza bilgi verən mənbə iddia edir ki, artıq kollektiv şəkildə İmişlinin icra başçısından şikayətlər yazılaraq müvafiq inftansiyalara göndərilir. Və yaxı günlərdə ölkənin ən iri kənd təsərrüfatı rayonu olan İmişlidə rəhbər dəyişlikliyi gözlənilir.



337 dəfə oxundu