Məsələsi PA-da müzakirə olunur - Vilyam Hacıyevi nə gözləyir?

Məsələsi PA-da müzakirə olunur -


İmişlidə az qala hər addımbaşı əhalinin haqqı tapdanır, hüquqları kobud surətdə pozulur

İcra başçısı və ətrafındakılar rayonda məmur özbaşınalığının günü-gündən artmasına, əhalinin yoxsulluq içində yaşamasına səbəb olur

Bia.az bildirir ki, bu gün artıq iş o yerə çatıb ki, İmişli rayon sakinləri icra başçısı Vilyam Hacıyevin adını eşitdikdə az qala hamı bir ağızdan «Ay Allah, görəsən nə vaxt onu icra başçısı postundan kənarlaşdıracaqlar. Bu adam öz əməllərilə bizi lap cana doydurdu», deyə ah-nalə edirlər. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri paylaşan mənbənin sözlərinə görə, imişlililər Vilyam Hacıyevin rəhbərlik üsulundan, onun idarəçilik metodlarından şikayətlənir, icra başçısının müxtəlif neqativ hallara, özbaşınalıqlara yol verdiyini, ətrafına, əsasən də rəhbər vəzifələrə öz yaxın adamlarını cəlb etdiyini, digərlərini isə gözüm çıxdıya saldığını qeyd edirlər. «Məhz elə bu səbəbdən də rayon sakinləri həm Vilyam Hacıyevin, həm də onun komandasında təmsil olunan şəxslərin rəhbərlikdən uzaqlaşdırılmasını tələb edirlər» deyən məlumatlı şəxs iddia edir ki, icra başçısı bir müddət əvvəl yaxın ətrafına «Mən hələ uzun müddət İmişlinin icra başçısı postunda qalacam. Çünki arxamda dayanan adamlar mənə bu barədə söz veriblər» deyib: «Deyilənlərə görə, bir müddət öncə İmişli Rayon İcra Hakimiyyətinin başçısı komandasındakı adamları yanına çağıraraq onlara rayon camaatının şikayətlərindən, həmçinin kütləvi informasiya vasitələrində yayımlanan tənqidi materiallardan qorxmamağı, işlərinə davam etmələrini tapşırıb. Həmçinin Vilyam Hacıyev icra başçısı postundan getmək niyyətində olmadığını bildirib və arxasında dayanan şəxslərin ona bu barədə söz verdiklərini bəyan edib.

İcra başçısı deyib ki, məni qoruyan şəxslər bundan sonra da müdafiəmdə dayanacaqlar. Lakin tip bəyanatlar İmişli rayon sakinlərini qorxub geri çəkilməyə vadar edən deyil. Çünki bu gün onların əsas istəyi rayona əhali ilə normal davranacaq icra başçısının təyin olunması, Vilyam Hacıyev və komandasının vəzifəsindən kənarlaşdırılmasıdır. İmişlililərin başqa dərdi yoxdur. Onlar hesab edirlər ki, Vilyam Hacıyevin gedişindən sonra rayonda hər şey öz axarına düşəcək, məmur zülmünə son qoyulacaq, əhali nəhayət ki, rahat nəsəf alacaq. Çünki artıq 4 ildir ki, Vilyam Hacıyev İmişli sakinlərinə gün verir, işıq vermir. Az qala hər addımbaşı əhalinin haqqı tapdanır, hüquqları kobud surətdə pozulur.

Səsini çıxaran, icra hakimiyyətinin əməllərinə etiraz edənlər isə müxtəlif formalı təzyiqlərlə üz-üzə qalır». Bu arada, əldə etdiyimiz məlumatlarda həmçinin, o da qeyd olunur ki, ölkənin güc strukturları İmişlidə olub-bitənləri araşdırmaq, rayon sakinlərinin hüquqlarını pozan, onları dövlətdən narazı salan şəxslərə qarşı konkret tədbir görmək barədə yekdil qərara gəliblər. Məlumatlı şəxs hesab edir ki, bu, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və onun komandasındakı şəxslərin vəziyyətinin xeyli ağırlaşması anlamına gəlir: «Çünki deyilənlərə görə, məhz onlar İmişlidə məmur özbaşınalığının günü-gündən artmasına, əhalinin yoxsulluq içində yaşamasına səbəb olur. Budur, artıq yuxarılarda, konkret olaraq Prezident Administrasiyasında Vilyam Hacıyevin məsələsi ciddi şəkildə müzakirə olunur. Bunun isə nə ilə nəticələnəcəyi tez bir zamanda bəlli olacaq».



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...