Prezident əfv fərmanı imzaladı - YENİLƏNİR

Prezident əfv fərmanı imzaladı -

Azərbaycanda növbəti əfv verilib. Gundeminfo.az yazır ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb. Yaxın dəqiqələrdə əfv fərmanı ilə bağlı adları siyahıda olan məhbuslar barədə məlumat verəcəyik. Bizi izləyin.

Siyahıda 423 nəfərin adı var. Ömürlük həbs cəzası almış 2 nəfərin cəza müddəti 15 ilə endirilib. Onlardan biri "Qara kəmər" əməliyyatı zamanı həbs edilmiş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovdur. Siyahıda həmçinin "siyasi məhbus" adı ilə tanınan 7 nəfərin adı da var.

Millət vəkili, Əfv Məsələləri üzrə Komissiyanın üzvü Elmira Axundova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əfv sərəncamı 1995-ci ildən bu yana imzalanmış ən geniş tərkibli sənəddir. Belə ki, bu sərəncam 400-dən yuxarı şəxsə şamil oluna bilər:

"Qeyd edim ki, son 1 il ərzində Əfv Komissiyası toplaşmamışdı, buna səbəb isə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən ilin 28 Mayında amnistiya aktı layihəsini təqdim etməyidir. İşlər onun icrasına yönəlmişdi. Biz qərara gəldik ki, il ərzində yığılmış ərizələrə baxaq. Beləliklə, komissiyanın 8 iclası keçirildi və tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq prezidentə təqdim edildi".

***

Hüquq müdafiəçisi Səadət Bənənyarlı əfvlə bağlı açıqlama verib:

"Bizim siyahıdan bir neçə nəfərin adı əfvə salınıb. Onlardan biri Elvin Abdullayevdir. Siyahıda İlkin Rüstəmzadə, Əli İnsanov və İlqar Məmmədovun adı yoxdur".
Prezident əfv fərmanı imzaladı -

Əliməmməd Nuriyev isə qeyd edib ki, siyahıda Nazim Ağabəyov ( Emin Millinin qohumu), İsmayıllı hadisələri ilə bağlı həbs edilən şəxslər və Qənimət Zahidin qohumları (Rüfət və Rövşən Zahidovlar) və NİDA-çılardan Əbdül Əbilovun adı var.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 
XƏBƏR LENTİ
Loading...