Elmar Vəliyevi kim əvəz edəcək? – Gəncədə rəhbər dəyişikliyi gözlənilir

Bizimxeber.az-a etibarlı mənbələrdən daxil olan məlumatda qeyd olunur ki, Azərbaycanın ən qədim və ikinci şəhəri sayılan Gəncədən administrasiyaya ünvanlanan şikayətlərin sayı durmadan artır. Əsasən sosial problemlərdən şikayətlənən insanlar icra başçısı Elmar Vəliyevin diqqətsizliyindən və şəhər sakinlərinə qarşı qayğısızlığından, şəhərətrafı ərazilərə olan ögey münasibətindən şikayətlənirlər.
Daha bir məlumata görə, icra hakimiyyətində Elmarın Vəliyevin vəzifədən uzaqlaşdırılacağı ilə bağlı məlumatlı şəxslər var. Onlar öz yaxın adamlarına bu barədə məlumat veriblər. Elmar Vəliyev çıxarılacağı təqdirdə şəhərdə bütün idarəetmə sistemi yeniləcək.
Məlumata görə, fevral-mart ayı ərzində Gəncədən Bakıya göndərilən şikayət məktublarının sayı hesabı yoxdur.
Gəncədə və Bakıda böyük bizneş şəbəkəsi quran Elmar Vəliyevin şəhərdəki sahibkarlara qarşı münasibəti isə günü-gündəın pisləşir. Bizimxeber.az-a daxil olan məlumata görə, Gəncənin yeni icra başçısı xanım ola bilər.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.





397 dəfə oxundu