Millimiz 4 top buraxıb uduzur - 2-ci hissə
Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb.
Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız qrup lideri olan dördqat dünya çempionu Almaniya millisini qəbul edir. Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn almanlar qapısını toxunulmaz saxlamağı da bacarıb.
Son dünya çempionunun Bakıya 3 xal dalınca gəlməsi şübhəsizdir. Aktivindəki 7 xalla Şimali İrlandiya ilə 2-3-cü yerləri bölüşən milli komandamız isə güclü rəqibinə qarşı layiqli mübarizə aparmağa çalışacaq.
26 mart
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
20:00. Azərbaycan – Almaniya - 1:3 (Fasilə)
Qol: Andre Şürrle, 19 (0:1), Dmitri Nazarov, 31 (1:1), Tomas Müller, 35 (1:2), Mario Qomes, 45 (1:3)
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hamısı İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Azərbaycan: Kamran Ağayev, Pavel Paşayev, Rəşad Sadıqov (kapitan), Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Cavid Hüseynov, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ramil Şeydayev
Almaniya: Bernd Leno, Yonas Hektor, Benedikt Hövedes, Mats Hummels, Samii Xedira (kapitan), Yulian Draksler, Toni Kroos, Andre Şürrle, Tomas Müller, Yozua Kimmix, Mario Qomez
Oyunun 81-ci dəqiqəsində almanlar hesabı artıraraq 4:1=ə çatdırdı
389 dəfə oxundu