Anarın əmlakına həbs qoyuldu - Ziya Məmmədov danışdı

Anarın əmlakına həbs qoyuldu -


Sabiq nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovun əmlakına məhkəmə qərarı ilə həbs qoyulması ilə bağlı məsələdən danışıb.

Gununsesi.info xəbər verir ki, sabiq nazir məlumatdan xəbərsiz olduğunu deyib:

“Mən bilmirəm söhbət nədən gedir. Oğlumun fəaliyyəti, daha doğrusu işləri ilə məşğul olmuram. Ona görə də mən bu sualı cavablandıra bilməyəcəm”.

Xatırladaq ki, Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulması haqda məlumat yayılıb. Bu qərar Paşa Bank ASC-nin iddiası əsasında Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apelyasiya şikayətindən imtina edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...