İsmayıllıda sahibkarlar kütləvi etiraza hazırlaşır – narazılıq var

İsmayıllıda sahibkarlar kütləvi etiraza hazırlaşır –


İsmayıllı rayonunda sahibkarlar narazıdır. Onlar yerli icra strukturlarının sahibkarların problemlərinə laqeyd yanaşmalarından, qarşılaşdıqları problemləri ilə bağlı müraciət etdikləri ünvanlardan heç bir cavab ala bilməmələrindən narazılıq edirlər. Gundeminfo.az-a daxil olan məlumata əısasən sahibkarların narazılıq etdikləri əsas çəqam heyvandarlıqla bağlı infrastrukturların olmaması ilə əlaqədardır. Şikayətçilər deyir ki, son bir neçə ildə rayonda mal-qara üçün istifadə etdikləri otlaq sahələrinin yerli icra strukturları tərəfindən təftişinə başlanılıb. Üçemi istifadədə olan otlaq sahələri bu ildən etibarən yerli icra nümayəndələrinin göstərişi ilə qadağan olunub deyə fermerlər çətin duruma düşüblər.

Həmçinin rayonun bir sıra kəndlərində mənzərəli təbiət ərazilərində demək olar ki, hansısa nfməlim adamlar yerli əhaliyə qadağalar qoymağa başlayıblar. İsmayıllı rayon Talıstan kəndində yerləşən “Qoşabulaq” deyilən əraziyə naməlum şəxslər tətərifndən giriş qadağan olunub. Deyilənlərə görə hətta bu ərazidə yerləşən müqəddəs ziyarətgah kimi tanınan Pir də insanların üzünə qapadılıb. Dağlardakı yabanı qaydada bitən zoğallıqlar da adları məlum olmayan və icra nümayəndələri tərəfindən yasaqlanıb.

Qarşılaşdıqları problemlərlə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edən sahibkarlar heç bir cavab ala bilmirlər. İsmayıllı fermerləri iddia edirlər ki, otlaq sahələri olmadığından hələ də mal qaranı tövlədən çıxara bilmir və nəticədə də kütləvi formada tələf olma halları qeydə alınır. Güman edirik ki, İsmayıllı Rayon İcra Hakimiyyətindən bu mövzu ilə bağlı cavab almaq mümkün olacaq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...