Rəşad Məmmədovun adamları iddia edir - bulvardakı bayraq binaların üstünə uçacaq

Rəşad Məmmədovun adamları iddia edir -


Redaksiyamıza daxil olan məlumata əsasən bir müddət əvvəl həbsdən azadlığa buraxılmış Dövlət Bayraq Meydanının sabiq rəisi Rəşad Məmmədov yenidən biznesini bərpa etməyə çalışır. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Rəşad Məmmədovun adamları Bayraq Meydanı ərazisində olan iki binanın sakinlərini qorxudurlar. Sakinlər deyir ki, özlərini Rəşad Məmmədovun adamları kimi təqdime dən şəxslər iddia ediblər ki, meydanda yerləşən bayraq dirəyi yerindən tərpənib.

Hətta onlar bayrağın aşa biləcəyini də deyərək ərazidəki binaların təhlükə altında olduğunu iddia ediblər. Sakinlər deyir ki, guya xaricdən dəvət edilmiş ekspertlər, Bayraq dirəyinə baxış kemiriblər və hər an dirək binaların üzrəinə aşa bilər.

Gundeminfo.az-a daxil olan bu informasiya ilə bağlı olaraq bir sıra dəqiqləşdirmələr aparmaq qərarına gəldik. Məlum oldu ki, əslində bayraq dirəyinin aşma ehtimalı və ya qəzalı vəziyyətə düşməsi ilə bağlı heç bir rəsmi qurumun rəyi yoxdur.

Aldığımız informasiyaya əsasən Rəşad Məmmədov yenidənhəmin ərazidəki layihələrini həyata keçirmək üçün sakinləri dirəyin aşa biləcəyi yoluyla qirxudaraq evləri almaq, sökmək istəyir. Lakin sakinlər deyir ki, Bayraq Meydanı ərazisindəki binaların hər hansı bir təhlükə altında olmasına dair rəsmi qurumların rəyi olmadan heç kimlə razılaşmaq niyyətində deyillər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...