Abidin Fərzəliyev 2 aydır Bakıdadır, yoxsa Həştərxanda?

Abidin Fərzəliyev 2 aydır Bakıdadır, yoxsa Həştərxanda?


Nərimanov Rayon İcra Hakimiyyətində nə baş verir? Gundeminfo.az-a müraciət edən rayondan olan şikayətçi sakinlər deyir ki, bir neçə aydır ki, icra başçısı Abidin Fərzəliyevlə görüşə bilmirlər. Rayonsakinləri bildirir ki, icra başçısının qəbul vaxtları formal xarakter daşıyır və demək olar ki, görüşlərin təşkili həyata keçirilmir. Məlumat verən sakinlər iddia edirlər ki, adətən qəbulları icra başçısının müavinləri həyata keçirir.

Və qəbullarla bağlı olaraq aparılan bütün işlərdə həll edilməli olan problemlər başçı ilə əlaqələndilir. Narazı olan sakinlkər deyir ki, bir neçə aydır ki, (26 fevral – Xocalı soyqırımının ildönüm tədbirlərindən bu günə qədər red) icra başçısının Rusiyada Həşstərxan vilayətində olduğu, gah müalicə üçün, gah da hansısa dövlət tədbiri ilə bağlı getdiyi deyilir.

Bu mövzu ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmilərinin də mövqeyini dinləməyə hazırıq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...