Bakıda "Təzə Bazar" istiqamətində yanğın - Eksküliziv VİDEO
Bu dəqiqələrdə Bakıda, "Təzə Bazar" istiqamətində güclü yanğın müşahidə edilir. Gundeminfo.az xəbər verir ki, sosial şəbəklərdə yayılan videolardan da görünür ki, yanğın kifayət qədər böyük bir ərazini əhatə edib. Həmin videonu təqdim edirik:
Bakının Nəsimi rayonu ərazisində yerləşən "Təzə bazar"da yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, yanğın bazarın meyvə-tərəvəz və geyim satılan hissəsində qeydə alınıb. Hazırda əraziyə yanğınsöndürən və "təcili yardım" maşınları cəlb edilib. Xəsarət alan yoxdur.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) “Təzə Bazar”-da baş vermiş yanğınla bağlı məlumat yayıb
Musavat.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda “Təzə Bazar” adlanan ərazidə yanğın baş verməsi haqqında məlumat daxil olub.
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
Bakıda "Təzə bazar"da baş verən yanğın söndürülüb.
Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.
364 dəfə oxundu