İşıqforu gözləməyən sürücü qəza törətdi - sərnişin yaralandı - VİDEO

İşıqforu gözləməyən sürücü qəza törətdi -


Paytaxtın Nəsimi rayonunda, Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində qəza qeydə alınıb.

ARB TV xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Əlövsət Təhməzovun idarə etdiyi “Daewoo” markalı avtomobil işıqforun qırmızı işığında hərəkəti davam etdirib və nəticədə Rafiq Rzayevə məxsus “Hyundai” markalı avtomobilə çırpılıb.

Zərbənin təsirində “Daewoo” əks yola çıxıb, “Hyundai” isə yoldakı maneəyə dəyərək dayanıb. Sürücülər xəsarət almasa da, taksidə olan qadın sərnişin yaralanıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Polis hadisə yerinə baxış keçirib, avtomobillər cərimə meydançasına aparılıb.

Fakt araşdırılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...