Vilyam Hacıyev vəzifəsini itirir – pulları büdcəyə geri qaytarmalıdır

Vilyam Hacıyev vəzifəsini itirir –


İmişlinin icra başçısı yaxın günlərdə tutduğu postu ilə vidalaşa bilər. Gundeminfo.az-f daxil olan informasiyaya əsasən Hacıyevin postunu itirməsi üçün çox ciddi səbəblər var. Məlumata əsasən Hesablama Palatasının büdcə vəsaitlərinin istifadəsi ilə bağlı həyata keçirdiyi audit tədbirləri nəticəsində ortaya çox mühim yeyinti faktları çıxıb. Lakin bu faktlar rəsmi olaraq ictimayyətə açıqlanmayıb. İnformasiyaya əsasən Vilyam Hacıyev vəd edib ki, ünvansız istifadə edildiyi vəsaitləri geri qaytaracaq. Bundan sonar isə icra başçısı postu ilə rahatlıqla vidalaşa biləcək.

Məlumata görə hazırda İmişli İcra Hakimiyyətində bir təlaş yaşanır. Talan edilmiş vəsaitləri toplayaraq geri, büdcəyə qaytarmaq üçün hər kəsdən ən sıravi büdcə işçisindən də vəsait toplanır.

Bununla belə icra başçısının işini itirəcəyi deyilsə Vilyam Hacıyev qısa zamanda daha yüksək posta təyin ediləcəyini iddia edib. Başçı daha yüksək vəzifəyə gedəcəyini də sıxışdırdığı adamları ətrafında saxlamaq istəyir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
344 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...