Sabiq məhkəmə hakimindən ötrü Prezidntə təkrar müraciət edilib - SİYAHI

Bir qrup tanınmış ziyalı sabiq məhkəmə hakimi Həsən Əliyevdən ötrü Azərbaycan prezidentinə təkrar olaraq kollektiv müraciət ünvanlayıb. ““Bağışlanmaq imandandır” devizi altında apardığınız siyasət biz ziyalıların Sizə olan inam və hörmətini daha da artırıb” yazan müəlliflər, H. Əliyevin dövlətimiz qarşısında xidmətlərini, sağlamlığını qismən itirməyini, iki azyaşlı övladının olmağını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməyini qeyd edərək, təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən onun azad edilməyini dövlət başçısından xahiş ediblər.
DİA.AZ xəbər verir ki, müraciəti Respublika Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, yazıçı, Beynəlxaq Kadrlar Akademiyasının akademiki Ənvər Əhməd, filologiya elmləri doktoru, professor Vaqif Yusifli, əməkdar müəllim Oqtay Rza, Azərbaycan Yazıçılar Birliyinin üzvləri: Qəşəm Nəcəfzadə, Ramiz Məmmədzadə, Hidayət Elvüsal, Yusif Nəğməkar, Mübariz Süleymanlı, Dayandur Sevgin, Şükür Şənol, Zülfüqar Şahsevənli, Sərvaz Hüseynoğlu, Məryəm Şahverdi, Şəmsi Vəfadar imzalayıb.
Qeyd edək ki, Həsən Əliyev 1991-2014-cü illərdə Azərbaycanın prokurorluq və məhkəmə orqanlarında məsul vəzifələrdə, o cümlədən Ali Məhkəmənin hakimi işləyib. O, 2015-ci ilin aprelində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib, hazırda Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
462 dəfə oxundu