Siqaret və spirtli içkilər bahalaşacaq - aksiz vergiləri artırılır

Siqaret və spirtli içkilər bahalaşacaq -

"Vergi rüsumlarının artırılması ilə bağlı Dövlət Gömrük Komitəsinə (DGK) hər hansı müraciət daxil olmayıb". Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, bunu DGK sədri Aydın Əliyev bildirib.

Bununla yanaşı, qurum rəhbəri bildirib ki, bəzi aksiz vergilərinin artırılması gündəmdədir: "Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır. Bilirsiniz ki, manatın devalvasiyasından sonra bugünkü mövcud vəziyyət həqiqətəuyğun deyil".

DGK sədri deyib ki, tütün məmulatları, spirtli içkilərə tətbiq olunan aksiz vergisi artırıla bilər: "Bilirsiniz ki, ölkəmizdə bu sahədə kifayət qədər müəssisələr fəaliyyət göstərir. Bizim əsas vəzifələrimizdən biri də daxili istehsalı qorumaqdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
313 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...