Futbolçu qardaşından Müşfiq Mədətova dəstək - FOTO

Futbolçu qardaşından Müşfiq Mədətova dəstək -

Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov “İçərişəhər” stansiyasının yaxınlığında bıçaqlanıb. O, bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alıb.

“Qafqazinfo” xəbər verir ki, Müşfiq Mədətovun qardaşı, tanınmış prodüser Anar Mədətov hadisədən sonra sosial şəbəkədə birgə fotolarını paylaşıb. O, fotoya “Yaşayan Mədətovlar” şərhini yazıb. “Qafqazinfo” hadisə ilə bağlı prodüserlə əlaqə saxlamağa çalışıb. Lakin onun hər iki telefon nörməsinə zəng çatmayıb.

Qeyd edək ki, Müşfiq Mədətov hazırda Səbail Rayon Polis İdarəsində saxlanılır. Bildirilir ki, M. Mədətovun saxlanılmasına səbəb onun hadisəylə bağlı dindirilməsidir.

Xatırladaq ki, ailənin daha bir tanınmış üzvü Mahir Mədətov Azərbaycan millisinin və "Qarabağ"ın şərəfini qoruyur. Məlum hadisəylə bağlı onun da mövqeyini öyrənmək istəsək də, futbolçu bu barədə danışmayıb.


Futbolçu qardaşından Müşfiq Mədətova dəstək -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...