İsmayıllı velosiped zavodu 10 minlik sifarişi kimdən alıb və ya…

İsmayıllı velosiped zavodu 10 minlik sifarişi kimdən alıb və ya…


Bu gün İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun mediada bir açıqlaması yayılıb. İcra başçısı jurnalistlərə açıqlamasında bildirib ki, iki ay öncə Batumidən dağ turizmi üçün 10 min ədəd velosiped sifariş alınıb. Yəni icra başçısı bu açıqlaması ilə bildirib ki, İsmayıllıda 10 min ədəd velosiped istehsal ediləcək. Əslində bu sevindirici haldır və regionlarda yerli istehsalın artırılması demək olar ki, müsbət tendensiyadır.

İCRA BAŞÇISININ AÇIQLAMASI BURADA

Lakin icra başçısı bu açıqlamanı təsadüfən verməyib. Rayonda iqtisadi inkişafdan danışan Cənab Sadıqov bildirib ki, bu yaxınlarda yerli mediada İsmayıllı Velosiped Zavodunun bağlanması haqda məlumatlar yayılıb.


1-Cİ MÜAVİNİN AÇIQLAMASI BURADA

Əslində icra başçısının ifadə etdiyi bu rəqəm diqqətimizi cəlb etdi. Gundeminfo.az bir qədər əvvələ nəzər salaraq İsmayıllıdan gələn icra hakimiyyəti yetkililərinin açıqlamalarını araşdırıb. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev 2016-cı ilin sentyabr ayının 8-də "İSMA BİKES" velosiped istehsalı zavodunun bağlandığı barədə məlumatlara aydınlıq gətirərkən bunları deyib: "Zavod təsərrüfat hesablı müəssisədir. Ora büdcə təşkilatı deyil ki, İcra Hakimiyyəti nəzarəti altında əmək intizamı olsun, yaxud təyinatlara nəzarət edək. Zavodun texniki dayanması da ola bilər, profilaktikası da ola bilər. Yeni müəssisədir, işçiləri treninqlərə də cəlb edə bilər. Biz onları nəzarətə götürməliyik ki, olmaz səhər saat 9-dan axşam 6-a qədər işləməlisiz? Oranın öz iş rejimi, öz qrafiki var. Müəssisənin bağlanmasına gəldikdə isə yalandır".

R.Ağayev "fəaliyyətə başladığı gündən zavodda neçə ədəd velosiped istehsal olunub" sualına cavab olaraq deyib ki, bununla bağlı Statistika Komitəsi rəsmi açıqlama verəcək: "Zavodun istehsal gücü il ərzində 30 min ədəddir. İndiki halda nə qədər istehsal etdiklərinə dair biz onlardan hesabat götürmürük. Onlar özləri Statistika Komitəsinə rüblük və illik hesabat verəcəklər".

Gundeminfo.az-ın iqtisadiyyat şöbəsinin əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində isə təmamilə fərqli rəqəmlər və statistika ortaya çıxıb. Bəlli olub ki, əslində zavodun istehsal gücü ilə bağlı olaraq Dövlət Statistika Komitəsi ilə icra hakimiyyəti rəsmilərinin açıqladığı rəqəmlər arasında fərqlər kifayət qədər fərqlidir.

DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN HESABATI BURADA
İsmayıllı velosiped zavodu 10 minlik sifarişi kimdən alıb və ya…

Əgər rayon icra hakimiyyətinin başçısının birinci müavini illik istehsal gücünün 30 min ədəd olduğunu iddia edirsə, DSK bunun ildə 1000 ədəd olduğunu ilkin hesabatlarında və cari ilin hesabatlarında da bəyan edir. O zaman sual olunur Cənab Miradəmət Sadıqovun dediyi kimi Batumidən gələn 10 min ədəd dağ velosipedi ilə bağlı sifarış 10 ilə yoxsa 6 aya icra olunacaq?
İsmayıllı velosiped zavodu 10 minlik sifarişi kimdən alıb və ya…

Mövzu ilə bağlı ortada olan sualla bağlı olaraq bütün tərəfləri dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1004 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...