Hesablama Palatasında kadr dəyişikliyi - İDDİA

Hesablama Palatasında kadr dəyişikliyi -

Yaxın aylarda Hesablama Palatasında bir neçə məmur vəzifəsinə “əlvida” deyə bilər. Bu barədə AzToday.az-a daxil olan məlumatlara görə, həmin şəxslərin son bir neçə ildə büdcə təşkilatlarında və xaricdə fəaliyyət göstərən diplomatik korpuslarda apardığı yoxlamalar müəyyən şübhələrin yaranmasına gətirib çıxarıb.

Qurumda çalışan etibarlı mənbənin AzToday.az-a veridyi məlumatlarda bildirilir ki, bu yaxınlarda "yuxarıda" müzakirələr zamanı bu qənaətə gəlinib ki, Hesablama Palatasının bir neçə auditorları yoxlama adı altında öz məqsədlərini həyata keçirib. Əsas şübhələr isə palatanın auditorlarındən olan Cəfər Həsənov və Vaqif Həsənovun üzərinə yönəlib.

Bununla belə bu şəxslərlə əlaqəli olan firma və şirkətlərin də siyahıya alındığı deyilir. Bildirilir ki, xüsusilə Vaqif Həsənovun çox sakit şəkildə vəzifədə işlədiyi bu illər ərzində qazancının nə qədər olduğu da araşdırılıb. Mənbə onu da bildirir ki, Vaqif Həsənovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovla uzun illərdir ki, ailəvi dostluq münasibətləri mövcuddur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...