Ərdoğanla Putin razılaşdı, 5 rayon qayıdır... - Diplomatik mənbə

Ərdoğanla Putin razılaşdı, 5 rayon qayıdır... -

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ məsələsi xüsusi olaraq müzakirə edilib.

Gundeminfo.az xəbər verir ki, bu barədə informasiyanı “Novosti.az” saytı diplomatik mənbələrə istinadən yayıb. Mənbə prezidentlərin xüsusi olaraq ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında 5 rayonun azad edilməsini nəzərdə tutan “Lavrov planı”nı müzakirə etdiyini bildirib. Tərəflər görüş zamanı bundan sonra danışıqların bu istiqamətdə davam etdirilməsi məsələsində razılaşıblar.

Qeyd edək ki, Putinlə Ərdoğan arasında Soçi görüşü noyabrın 13-də keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
420 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...