Qapısını pəncərəyə çevirən icra hakimiyyətindən — FOTOREPORTAJ

Qapısını pəncərəyə çevirən icra hakimiyyətindən —

Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsi ilə Əli Kərimli küçəsinin kəsişməsində yerləşən üçmərtəbəli yaşayış binasında vətəndaşın evinə giriş qapısı bağlanılıb. “Ölkə.Az”-ın əməkdaşı sözügedən binadakı vəziyyətlə əlaqədar ərazidən fotolar çəkib.

Fotolardan da aydın olur ki, 3 mərtəbəli yaşayış binasının yan-yana olan 3 qapısından biri sonradan bağlanılaraq, pəncərəyə çevrilib. Sakinlər bildirib ki, bir neçə il öncə Sabunçu rayon İcra Hakimiyyətinin göstərişi ilə binada olan qapılardan biri daşla hörülüb.

“Həmin vaxtı binanın üzü təmir edilən zaman İcra nümayəndələrinin göstərişi ilə ustalar bura üzlük vurublar. Gördüyünüz kimi, ustalar binaya daş üzlükləri elə vurublar ki, bir vətəndaşın evinin girişinin yarısı bağlanılıb. Evin yiyəsi buna narazılığını bildirəndə, İcra nümayəndələri bildirdi ki, guya qapı binanın mənzərəsini öldürür. Əgər qapı binanın mənzərəsini öldürürsə, o zaman digər qapıları niyə saxlayıblar? Baxın, binanın bu tərəfində təkcə bu qapı deyil, əlavə bir neçə qapı var. Bəs necə olur ki, eyni tərəfdə olan digər qapılar binanın mənzərəsini pozmur, amma bu qapı pozur? Əgər biz də pul versəydik, o zaman bu qapı da hörülməyəcəkdi!”.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinin telefon nömrələri ilə əalqə saxlasaq da, zəngimizə cavab verən olmayıb.

Sözügedən binadan çəkilmiş fotoları təqdim edirik.


Qapısını pəncərəyə çevirən icra hakimiyyətindən —
Qapısını pəncərəyə çevirən icra hakimiyyətindən —
Qapısını pəncərəyə çevirən icra hakimiyyətindən —



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...