Akim Bədəlovu da Ziya Məmmədovun taleyi gözləyir - iddia

Akim Bədəlovu da Ziya Məmmədovun taleyi gözləyir -

Yaxın vaxtlarda daha bir məmur tutduğu vəzifədən azad edilə bilər. Həmin məmur Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyinin rəhbəri Akim Bədəlovdur.

Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, prezident İlham Əliyevin bir neçə gün əvvəl Alternativ və Bərpa Olunan Enerji Mənbələrinin aktivlərinin bir hissəsinin "Azərişıq" ASC-nin balansına verilməsi ilə bağlı sərəncamı Akim Bədəlovun işdən çıxarılmasına hesablanıb. "Akim Bədəlovun səlahiyyətləri də Ziya Məmmədov kimi hissə-hissə alınacaq və nəhayət tutduğu vəzifədən uzaqlaşdırılacaq", - məlumatda bildirilir.

Qeyd edək ki, Akim Bədəlov bir müddət əvvəl vertolyot faciəsində dünyasını dəyişən akademik Tofiq İsmayılovun ailə üzvləri ilə münaqişəyə girməklə gündəmə gəlmişdi. Bu haqda İstiqlal.az saytında silsilə materiallar dərc edilib. Xatırladaq ki, Tofiq İsmayılovun ailə üzvləri Akim Bədəlovu akademikin yaratdığı “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini saxta sənədlərlə ələ keçirməkdə ittiham edirdi. Tofiq İsmayılovun qızı Səbinə İsmayılova Akim Bədəlovun bu əməlini sənədlərlə sübut edirdi. Hazırda da “Xəzər” Akim Bədəlovun rəhbərlik etdiyi agentliyin əsas podratçısıdır. Bu şirkət hətta" kredit qalmaqalı"na görə həbs edilən keçmiş deputat Dünyamin Xəlilovun “Globus Plaza” mərkəzinin tikintisini, habelə Cahangir Hacıyevin bəzi digər layihələrini həyata keçirib.
Bu məsələlərin də araşdırıldığı barədə iddialar var.
Bundan başqa ötən il Hesablama Palatasının hazırladığı və Milli Məclisə göndərdiyi audit nəticələrinə əsasən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində və onun tabeliyində olan “Azalternativenerji” MMC-də büdcə vəsaitlərinin talan edilməsi faktları aşkarlanıb. Agentliyin istehsal etdiyi elektrik enerjisi ümumi istehsal gücünün heç yarısına da çatmayıb. “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlər vaxtında və tam icra edilməyib. Korrupsiyaya, həyata keçirilən layihələrdə maya dəyərinin şişirdilməsinə dəlalət edən faktlar üzə çıxıb.
Beləliklə, Akim Bədəlovun "vurulması" üçün kifayət qədər əsaslar var. Güman ki, növbəti ildə bu məmur da yola salınacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
429 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...