Yeni agentliyin rəhbəri təyin olunan Qoşqar Təhməzli kimdir?
Bu gün Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib. Gundeminfo.az yeni agentliyin rəhbəri Qoşqar Təhməzli barədə əldə etdiyi məlumatları təqdim edir.
Əlavə edək ki, Qoşqar Təhməzli Prezident İlham Əliyevin bu il iyunun 16-da imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif olunub.
Q.Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin məzunudur, tibb elmləri üzrə fəlsəfə doktorudur. Eyni zamanda Qərb Universitetinin Tibb elmləri üzrə Fəlsəfə Doktorudur.
O, 2006-cı ildən Medeks MMC-nin təsisçisidir.
Q.Təhməzli Əsas fəaliyyət istiqaməti tibbi, kosmetoloji, laborator, spa və sanator-kurort avadanlıqlarının satışı və texniki servisi, eləcə də tibbi sərf məlzəmələrinin satişindan ibarət olan Medeks MMC 2006-cı ildə təsis edilib. Fəaliyyət göstərdiyi bu illər ərzində şirkət geniş distributorluq şəbəkəsi yaratmağa nail olub. Dünyanın inkişaf etmiş ölkələrinin 80-dən çox nüfuzlu şirkəti ilə əməkdaşlıq edən Medeks MMC ən yeni texnologiyaları müştərilərinə təqdim edir. Böyük layihələrin kompleks şəkildə avadanlıqlarla təchiz olunması ilə yanaşı, geniş spektrli tibbi, laborator və kosmetoloji avadanlıqlar pərakəndə satış mərkəzində müştərilərə təklif olunur.
3762 dəfə oxundu