İqtisadçı ekspertdən 2018 üçün təklif - "Milyardlar qazana bilərik"

İqtisadçı ekspertdən 2018 üçün təklif -

İqtisadçı eksper Razi Abasbəyli Azərbaycanda potensial olaraq 2018-ci il üçün böyük gəlirlər əldə etməklə bağlı təkliflə çıxış edib. Ekspert hesab edir ki, ölkədə polietilen tullantıları təkrar emala yönəltməklə Azərbaycan milyardlarla manat vəsait əldə edə bilər və yeni iş yerləri açıla bilər. GUNDEMİNFO.AZ ekspertin açıqlamasını təqdim edir:
İqtisadçı ekspertdən 2018 üçün təklif -

- İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasinin Qanunu var. Və bu qanun 4-cü maddəsi çox mütərəqqidir. -- QANUN

Kimyəvi labarator müayinələr sübut edir ki, polietilen tullantılar ən azı 100 il və daha çox çürümür və torpağa qarışmır. Belə tullantılardan qurtulmaq mümkünsüzdür. Yeganə yolu belə tullantıların təkrar istehsala yönəldilməsini təşkil etməkdir. Azərbaycanda yalnız Bakıda (rayon və kəndlər bura daxil deyil) tullantıların təkrar emalı ilə “Təmiz Şəhər” ASC məşğul olur. Orta hesabla hər Bakı sakini ildə 350 kq məişət tullantısı atır. Bu rəqəmi Bakının əhalisinin sayına vursaq, yalnız bu ilin birinci rübü üçün 2 186,5 min adam olacaq, o zaman paytaxtda il boyu atılan tullantıların miqdarını təsəvvür etmək olar.Müəssisənin gücü il ərzində 200 min ton bərk məişət tullantılarının emal edilməsinə imkan verir, bu tullantılardan 40%-i ikinci əl xammal: metal, şüşə, kardon, plastik və digər materiallar əldə edilir. Bu müəssisədə 120 çeşidləyici çalışır. Hal-hazırda zavod yalnız gündüz növbəsində işləyir.
Lakin 10 milyonluq Azərbaycan üçün bu çox kiçik imkanları olan bir qurumdur. Bu sahə çox böyük gəlir əldə etmək üçün şanslar tanıyır. Lakin Azərbaycanda hələ də Bakı küçələrində polietilen tullantılar qalaq qalaq yığılır. Hətta bələdiyyələr və şəhər əhalisinin tullantılarını toplayan dövlət qurumları onları Balaxanı və şəhərətrafı zibilliklərə daşıyırlar. Təkrar emalla bağlı bəlkə də daha böyük dövlət siyasəti yürüdüb - daha böyük gəlirlər əldə etmək olar. Və həm də bu bir dövlət siyasətidir və Azərbaycanın beynəlxalq ekoloji öhdəliklərinə də müsbət töhfə olardı...
Və ticarətdə ən azı 75 faizlik payı olan polietilen məhsulları ilə milyardlar qazanmaq olar. Məhz milyardlar.
Dünyada polietilen idxalı 2005-ci ildən bəri ortalama 2,87 faiz böyüyərək 33 milyon ton olub. 2009-cu ildə 38 milyon tona çatıb. 2009 cu ildə dünya üzrə toplam PE idxalatı 38 milyon ton və ya 47 milyard dollar olub. 2017-ci ilin hesabatlarında isə bu rəqəm dəfələrlə artıb. Heç bir itki olmamasını nəzərə alaraq Azərbaycan da ən azı polietilen idxal edir və təkrar emal zamanı bu sahədən 2-4 milyard əldə etmək şanslarımız var. Sadəcə olaraq bu sahəyə fərdi qaydada vətəndaş marağını artırmaq üçün qəbul məntəqələrinə qiymətləri və kəmiyyəti artırmaq olar. Vəssalam. Bu qədər sadə. !!!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...