2018-ci ildə Azərbaycan əhalisi necə yaşayacaq? – ANALİZ

2018-ci ildə Azərbaycan əhalisi necə yaşayacaq? –


İlin birinci ayı başlayıb. Yaxın günlərdə hökumət köhnə ilə yekun vuraraq yeni ilin büdcəsinin icrasına başlayacaq. Azərbaycan regionda iqtisadi olaraq əhəmiyyətini artırmaq, bundan dolayı da ətrafında baş verən xarici iqtisadi təzyiqlərdən asılılığı ortadan qaldırmağı hədəfləyir. 2017-ci il ötən 3 ildən fərqli olaraq çox məhsuldar və strateji layihələrin icrası baxımından daha səmərəlidir iddia edə bilərik. Bu barədə bir az sonra. Hazırda çox insanlarımızı düşündürən bu ki, hələ də travmaları ortadan qalxmayan iqtisadi böhrandan 2018-ci ildə qurtulmaq mümkün olacaqmı?

Xüsusilə də bank sektorundakı böhranın kiçik və orta sahibkarlığa vurduğu ağır zərbələrdən necə qurtulmaq mümkün olacaq?

Bankların bu il üçün göstəricilərinə dair proqnozlar qismət qənaətbəxşdir. Lakin əsas kapitalın stabilləşməsi tendensiyası barədə danışmaq hələ ki, tezdir. Kredit portfellərindəki problemlər dolub daşır. Bankların əmanət yığımları üzrə göstəriciləri də 2017-ci ildən sürətlə kiçilir. 2018-ci ildə bankların əmanət yığımlarını müsbətə doğru dəyişmək üçün dövlət bir sıra riskləri qarşılayır və sabitliyi bərpa etməklə, güvənə də nail olmaq istəyir. Məsələn ötən ilin sentyabrında Prezident İlham Əliyev Kredit Zəmanət Fondunun yaradılması ilə bağlı fərman imzaladı. Bu qurumun əsas funksiyası banklarla kiçik və orta sahibkarlar arasında güvəni təmin etmək və bu sektorun inkişafına nail olmaqdır.

Yeni qurum sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verəcək. Ölkə prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verəcək, fərmanda göstərilir.

Bu isə kredit verən banklar və kredit almaq istəyən kiçik və orta sahibkarlar üçün əlverişli kredit mühitinin formalaşması deməkdir.

Bundan başqa yerli bankları xilas etmək üçün Mərkəzi Bank ardıcıl olaraq vəsaitlər ödəyir. Nəticə etibarilə də yerli bankların xarici öhdəliklərdən və xarici valyutaların oların əsas kapitalına olan risklərindən qorumuş olur. Eyni zamanda əmanət qoyuluşları ilə bağlı risklər də kifayət qədər azalıb. Əmanətlərin Sığortalanması Fondu xətti ilə 2017-ci ildə bağlanan bankların öhdəliklərin qarşılanması əhalı arasında banklara olan inamın bərpa edilməsinə səbəb olub. Nəticə etibarilə də ötən ilin sonlarından etibarən banklarda əahlinin əmanət qoyuluşları üzrə göstəricilərdə ciddi artım qeydə alınıb.

Məsələn əgər 2017-ci ilin mart ayının 1-də əmanət qoyuluşu 6 milyard 911.4 milyon manta idisə və may ayında 6 milyard 873.2, iyunda 6 milyard 846.7 milyon, iyulda 6 milyar 907.1 milyon idisə - artıq noyabrda 7 milyard 280.1 milyon manata bərabər olub. Göründüyü kimi baş vermiş maliyyə böhranından sonra ilin sonlarına doğru əhalinin banklara olan inamı fundamental formada yaxşılaşmış və əmanət qoyuluşları yüksək artımla davam etmişdir. Bu isə bank sektoru üçün çox mühim bir göstəricidir.

Yerli banklarımızın 2017-ci il sentyabr ayının 1-nə 6 milyard 428,3 milyon manat xarici borcu olub. zərbaycan Mərkəzi Bankından verilən statistic informasiyalara əsasən bu ötən ilin avqustun 1-nə olan göstərici ilə müqayisədə 462,7 milyon manat və ya 6,71% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 31,3 milyon manat və ya 0,48% azalıb.

Yerli bankların xarici borc asılılıqları 2017-ci ilin sonlarına qədər azalmaqda davam edib. Buna səbəb ardıcıl olaraq həyata keçirilən bankların sağlamlaşdırılması tendensiyalarıdır. Məsələn Azərbaycan Beynəlxalq Bankının xarici borclarını Azərbaycan dövləti üzərinə götürərək ödəyir. Ardıcıl olaraq digər yerli bankların da xarici borclarını Mərkəzi bank ödəyərək onların sağlamlaşdırılması istiqamətində addımlar atır. Bu dünya praktikasında dövlətlərin öz iqtisadiyyatlarını mütəmadı olaraq sağlam saxlamaq üçün həyata keçirdikləri bir prossesdir. Məsələn 2008-ci ildə qlobal maliyyə böhranı zamanı ABŞ hökuməti də iki nəhəng ipoteka bankını (FannieMae və FreddieMac) xilas etmək üçün onların problemli aktivlərini almışdı.

Britaniya hökuməti də müflisləşmə həddinə çatmış Royal Bank of Scotland Group-u xilas etmək məqsədilə 20 milyard funt sterlinq xərcləməklə onun səhmlərinin 58%-nə sahib olub. Artıq bankın 10 il əvvəl başlanmış sağlamlaşma prosesi hələ də davam edir və hazırda bankda dövlətin payı 80%-ə çatıb. Rusiyada da Dövlət Duması bir sıra qərarlar verərək bankları xilas etmək üçün addımlar atır. Türkiyədə Qızıl Fondu əhaliyə rəsmi olaraq müraciətlər edərək qızıllarını dövlət zəmanəti ilə banklarda saxlamağa çağırır. Ki, yerli bankların kapital və aktiv sıxıntısı ortadan qalxsın.

2018-ci ildə Azərbaycanda maliyyə bazarında vəziyyət necə olacaq? Bunun əhaliyə təsirləri nə qədər olacaq. İndi çoxları üçün ABŞ dollarının məzənnəsinə dair xəbərlər daha mühimdir. Azərbaycanda dolların bahalaşması birbaşa olaraq əhalinin gündəlik gəlirlərinə təsir edir. Mərkəzi Bank kursu stabil saxlamaq üçün bazarda mütəmadi monitorinqlər aparır. Daxildə dollara olan təlabatın hansı aylarda artması, hansı aylarda azala biləcəyi keçirilən hərraclarda da nəzərə alınır. Və bununla da tam üzən məzənnə siyasəti olsa da daxildə vətəndaşları üçün ağır maliyyə sıxıntılarının önlənməsi üçün addımlar atılır. Lakin bununla belə xarici risklər də mövcuddur. Məsələn dünya bazarında neftin qiymətinin aşağı düşməsi ehtimalı. Bu ehtimal birbaşa da olmasa manatın real dəyərinə öz təsirini göstərir. Lakin artıq 2016-ci ildən fərqli olaraq manta süni dəyərində deyil və demək olar real dəyərinə çox yaxındır. Yəni istənilən xarici təsir manatın 0.78 manatlıq kursuna etdiyi 200 faizlik bahalaşmanı şərtləndirməyəcək. Dolların bahalaşması olsa-olsa 3-5 faiz civarında dəyişə bilər ki, artıq bunun da real sektorda təsirləri çox cüzi hiss ediləcək.

2018-ci il üçün hökumətin üzərinə düşən ən mühim vəzifə əhalinin 2016-2017-ci illərdə itirdiyi infilyasiya xərclərini ardıcıl olaraq konpensasiya etmək olacaq.

2018-ci ildə Azərbaycan əhalisi necə yaşayacaq? –

Razi Abasbəyli
Müstəqil ekspert



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...