Hüseyn Bağırov daha nazir olmayacaq - Yerinə sürpriz İSİM

 Hüseyn Bağırov daha nazir olmayacaq -

Daha bir nazirin yeni hökumətdə təmsil olunmayacağı dəqiqləşib.

Gundeminfo.az xəbər verir ki, bakuPost-a daxil olan xəbərə görə, uzun illərdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbərlik etmiş Hüseyn Bağırov nazir vəzifəsinə təsdiq edilməyəcək.

Əldə etdiyimiz məlumata görə, H. Bağırov səhhəti ilə əlaqədar bir neçə dəfə işdən azad olunması üçün ölkə rəhbərliyinə ərizə ilə müraciət edib. Lakin onun ərizəsi qəbul edilməyib. Bildirilir ki, nazir bu yaxınlarda yenə işdən azad olunması üçün ərizə yazıb.

Onun yerinə 2009-cu ildən etibarən Əmlak Məsələləri Dövlət Komitəsinə sədrlik etmiş Kərəm Həsənovun təyin ediləcəyi güman edilir.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən yeni hökumətin tərkibində bəzi vəzifələrə təyinat olmayıb. Onlardan biri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri və ekologiya və təbii sərvətlər naziri postudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...