Beyləqan mədəniyyət şöbəsindən etiraz gəldi – "Mirzəyev maxinasiyası" ilə bağlı

Beyləqan mədəniyyət şöbəsindən etiraz gəldi –

Əbülfəs Qarayev mədəniyyət və turizm naziri vəzifəsinə təsdiqləndikdən sonra kadr dəyişikliklərinə başlayır.

AzEuroNews.com-a gələn xəbərə görə, nazir istefalara Beyləqan mədəniyyət şöbəsi müdiri Nazim Mirzəyevdən start verir.

Mətbuatda adı dillərdən düşməyən N.Mirzəyevin fəaliyyəti nazirə məruzə olunub.

Bildirilir ki, N.Mirzəyev Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi rəisi Elman Məmmədova arxalanır.

Ona görə də hər ay işçilərin maaşından tutur, şöbədə “ölü can”lar saxlayır, maaş kartlarını özündə gəzdirir.

Qeyd olunur ki, kitabxana, musiqi məktəbinin işçiləri 10 manat, mədəniyyət və klub işçiləri isə hər ay 20 manat verməyə müdirə verməyə məcbur edilirlər.

Şöbə müdiri Nazim Mirzəyev və baş müsahibi Məhəmməd Həsənovla dövlətin küllü miqdarda vəsaitini müxtəlif işlərin görülməsi adı altında mənimsəyiblər. Ə.Qarayevə çatan məsələ ilə bağlı Maliyyə Nazirliyinin şöbəsə yoxlamalar aparacağı gözlənir.

İddia edilir ki, Nazim Mirzəyev Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənova məxsus “Elmir-Murad” MMC vasitəsilə olduqca maralı maliyyə maxinasiyalarına imza atır.

Belə ki, adıçəkilən MMC vasitəsilə kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsait ayrılır, sonradan isə həmin vəsaitin əhəmiyyətli hissəsi Nazim Mirzəyev və Məhəmməd Həsənov tərəfindən mənimsənilir.

Daxil olan məlumata görə, təkcə ötən il Mədəniyyət və Turizm Şöbəsinə ayrılan 120 min manat vəsait məhz Məhəmməd Həsənova məxsus “Elmir-Murad” müəsissəsinə verilib.

Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların “cari təmiri”nə, həmçinin digər avadanlıqların alınmasına “xərclənib”.

N.Mirzəyevlə əlaqə saxlamağa cəhd etsək də baş tutmadı, mövqeyini və nazirliyin münasibətini dərc etməyə hazırıq.


Yazılanlarla bağlı Kürdəmir Regional Mədəniyyət və Turizim İdarəsinin baş məsləhətçisi Beyləqan rayonu üzrə nümayəndəsi Nazim Mirzəyev Gündemİnfo.az -a müraciət yollayıb. Qarşı tərəfin mövqeyini olduğu kimi təqdim edirik:

- Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon nümayəndəliyinin işçiləri adından Siziə bildiririk ki, Sizin “Əbülfəz Qarayevin Beyləqanda şöbəsi yoxlanılır” – Mirzəyev maxinasiyası adlı məqaləniz tamamı ilə yalan və heç bir fakta əsaslanmayan faktlar əsasında yazılmışdır.
Məlumat üçün bildiririk ki, 2017-ci ilin yanvar ayından Beyləqan mədəniyyətində heç bir maliyyə əməliyyatları aparılmır. Bu səbəbdən də burada baş mühasib vəzifəsi yoxdur. Əvvəllər baş mühasib işləmiş Məhəmməd Həsənov isə 2017-ci ilin noyabr ayından ərizəsinə əsasən işdən azad edilmiş və hazırda Beyləqan rayonunda yaşamır.
Mədəniyyət şöbəsinə (artıq Mədəniyyət və Turim şöbəsi yoxdur) ayrılan 120 min manatın Məhəmməd Həsənovun “Elmir-Murad” adlı müəssisəsi vasitəsi ilə mənimsənməsi isə ancaq jurnalist təxəyyülüdür.
Sizin qeyd etdiyinizdən fərqli olaraq bildirirəm ki, 2017 və 2018-ci illər ərzində Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon nümayəndəliyində olan mədəniyyət evi və klublarında hər hansı bir cari və əsaslı təmir işləri görülməmişdir.
Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon nümayəndəliyinin maliyyə fəaliyyəti isə 2017-ci ilin dekabr ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə Təftiş idarəsi tərəfindən yoxlanılmışdır. Maliyyə yoxlamaları zamanı hər hansı bir ciddi maliyyə pozuntusu aşkar edilməmişdir.
Sizdən xahiş edirik ki, bizim mövqeyimizə münasibətinizi bildirəsiniz.

Əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, KİV haqqında qanunun tələblərinə uyğun olaraq qarşı tərəfin mövqeyini dərc etmişik. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...