General Əlixanov işdən çıxarılmayıb?

General Əlixanov işdən çıxarılmayıb?

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.

GUNDEMİNFO.AZ Unikal.org-a istinadən xəbər verir ki, ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.

Məsələ ilə bağlı sayta açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: "Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur”.

***

Azərbaycanın bir sıra KİV-lərində Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanovun işdən çıxarılması barədə məlumat əksini tapıb. Məlumatda bildirilir ki, guya general təqaüdə göndərilib.

GUNDEMİNFO.AZ yazır ki, Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov virtualaz.org-a bildirib ki, bu məlumat həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, general-mayor Hüseyn Əlixanov hazırda məzuniyyətdədir.


-----

"Qafqazinfo" xəbər verir ki, Hüseyn Əlixanov bir müddət əvvəl məhbuslar- "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəlmişdi. Belə ki, generalın bacısı oğlu, qarovul rəisi Ceyhun Səmədov ölkə gündəmini zəbt edən bu olayla bağlı saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü Etibar Məmmədov və 1989-cu il təvəllüdlü Əli Ağami qaçıblar.

E.Məmmədovun saxlanılması üçün keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib. Ə.Ağami isə Şirvan şəhərində saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...