"Azal" şefi ailəsi üçün 31 milyon dollarlıq otel tikir - FOTO
Gürcüstanın "NewsGeorgia" saytının yaydığı məlumata görə, "AZAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun ailəsinə məxsus beşulduzlu "Qrand Qloriya" mehmanxanasının dəyəri 31 milyon dollardır. "Qloriya" şirkətinin 50,8 % payı "AZAL" prezidenti Cahangiz Əsgərovun həyat yoldaşı Z. Qəmzəyevaya, qalanı onun uşaqları Cəmil və Məlahət Əsgərovlara məxsusdur.
2016-cı lin yazında maliyyə naziri Samir Şərifovun parlamentdə verdiyi açıqlamaya görə, AZAL-ın xarici borcu 650 milyon dolları ötüb. Həmin zamandan indiyədək, AZAL borclarını artırır.
Ehtimal olunur ki, hazırda AZAL-ən biocu 1 milyard dollar çatır. AZAL-ın xarici öhdəliklərinin əksəriyyətinin zəmanəti dövlət tərəfindən verilib. Digər dövlət şirkətləri ilə yanaşı AZAL da xarici valyuta ilə olan borc öhdəliklərini icra etməkdə çətinlik çəkir. Borc vəsaitini "AZAL"-ın xərcləməsinə baxmayaraq onun çox hissəsi dövlət büdcəsindən ödənilir. Bu isə dövlət büdcəsindən xarici borcların ödənməsi üçün ayrılmış vəsaitlərin ildən ilə sürətlə artmasına səbəb olur. Belə ki, 2018-ci ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üçün 2 milyard 262 milyon manatdan çox vəsait nəzərdə tutulub - GUNDEMİNFO.AZ xəbər verir ki, bu məlumatı tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu öz sosial şəbəkə profilindən paylaşıb.
730 dəfə oxundu