Səfər Mehdiyev hava limanlarında təftişlərə başlayıb- işdən uzaqlaşdırılanlar var
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakı Karqo Terminalın rəisini və xeyli sayda əməkdaşı gömrük sistemindən uzaqlaşdırılıb.
Faktiki olaraq ölkənin hava limanlarında karqo xidmətini həyata keçirən bir neçə şirkət mövcuddur. Bizə təqdim edilən siyahıya əsasən onlar - Access Trans, ACE Forwarding Caspian, Alba Avia, ARS Express & Logistics, ASE & OCS, Austrian Airlines, Azal, Azimut Logistics, Azmashkomtex, Baku Cargo Terminal, BTS Logistics, Buta Logistics Services, Cargolux Airlines International S. A.və sairləridir.
Lakin bu sahədə Azalın və DGK-ə bağlı olan iki qurum Azal və Bakı Karqo terminaldır. Səfər Mehdiyev hava limanlarında inzibatı prossesə nəzarət edən gömrük sistemində ciddi islahatlar həyata keçirməyə qərar verib. Gundeminfo.az-a daxil olan informasiyada bildirilir ki, yeni vəzifəyə təyin edilən komitə sədri eyni zamanda ölkədə karqo sistemində "Broker" MMC kimi tanınan qurumun rəhbəri Əbülfəz Məlikovun da qohumlarının adına yaratdığı karqo şirkətlərini də gömrük sistemindən uzaqlaşdırmağa abaşlayıb.
Məlumata əsasən son həftə ərzində hava limanındakı bütün gömrük sistemlərində təftişlərə başlanılıb və artıq vəzifələrindən uzaqlaşdırılanların sayı yüzlərlədir. Mənbə bildirir ki, yaxın günlərdə bu barədə rəsmi açıqlamaların veriləcəyini gözləmək olar. Mövzu diqqətimizdədir.
Xatırladaq ki, S.Mehdiyev vəzifəsinə təyin olunduqdan dərhal sonra may ayının 3-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi vəzifəsin dən uzaqlaşdırıb. Bundan sonra da Sadiq Abduyevin hava nəqliyyatındakı gömrük sistemində qurduğu böyük bir şəbəkənin ifşasına dair komitə sədrinin şəxsən göstəriş verdiyi deyilir.
1051 dəfə oxundu