Ermənistan üçün acı və qaranlıq gələcək - Rusiyadan gələcək

Ermənistan üçün acı və qaranlıq gələcək -


Ermənistanda hakimiyyət dəyişikliyində Avropanın əli varmı? Bu sual indi çoxlarını düşündürür. Əgər Avropa və ABŞ Ermənistanda siyasi hakimiyyətə öz adamlarını gətiribsə və Ermənistan Rusiyadan qopmaq istəyirsə, o zaman bunun bizə təsiri nədir?

Öncə iqtisadi tərəfdən yanaşaq və daha sonra əsas mövzu olan Qarabağ probleminin çözülməsi ilə bağlı gələcək perspektivləri dəyərləndirək. Rəqəmlərə diqqət edək:

- Rusiyanın Ermənistandakı ticarət nümayəndəsi Andrey Babko 2017-ci ildə mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, 2016-cı ildə Rusiyanın Ermənistan iqtisadiyyatına yatırdığı investisiya 2 milyard dollardan çox olub. Faktimki olaraq Ermənistan büdcəsində 8 milyard dram kəsir var. Dövlət Gəlirlər Komitəsi gəlirlərdəki azalmanı Avrasiya İqtisadi İttifaqında (Aİİ) tətbiq olunan vahid gömrük rüsumları hesabına kompensasiya edəcəyinə ümid edirdi, amma gözlənilən olmadı. Regionda, həmişəki kimi, ən aşağı büdcə Ermənistana məxsusdur. Gələn il üçün işğalçı ölkənin büdcə xərcləri 1 trilyon 465 milyard dram təşkil edəcək. Bu, 3 milyard dollardan bir qədər artıqdır. Bu isə o deməkdir ki, işğalçı ölkənin büdcəsi Azərbaycandan təxminən 4 dəfə azdır. Büdcə gəlirləri isə 1 trilyon 248 milyard dram təşkil edəcək. Bu da o deməkdir ki, Ermənistanın 2018-ci il dövlət büdcəsinin kəsiri artacaq. Gələn il büdcə kəsiri 217 milyard dram təşkil edəcək ki, bu da 2017-ci il dövlət büdcəsinin göstəricisi ilə müqayisədə 5,4 faiz çoxdur.

Rəsmi İravanda enerji sektoru təmamilə Rusiyanın nəzarətindədir, Bütün irili-xırdalı zavodların 100 faizlik səhmdarı rus iş adamlarıdır. Faktiki olaraq Rusiya ermənilərin suyunu, çörəyini verir. Məsələ burasındadır ki, ermənilər Rusiyadan üz döndərərlərsə, həm Aİİ-dən, həm də rus iş adamlarından gələn pullardan məhrum olar, nəticə etibarilə də büdcə təmamən boşalar. Bu isə faktiki olaraq aclıq deməkdir.

Bəzən Ermənistandakı prossesləri demokratiyanın qələbəsi kimi təqdim edənlər yanılaraq Gürcütsanla düşmənlərimizi müqayisə edirlər. İddia edirlər ki, Gürcüstanın da heç bir sərvəti və strateji gəlir mənbəyi yoxdur. Lakin müqayisə başından uğursuzdur. Əvvəla Gürcüstan qonşuları ilə yaxşı ticarət və siyasi münasibətlərdədir. Gürcüstan Türkiyə kimi iri və güclü iqtisadiyyatı olan ölkə ilə çox yaxşı siyasi və iqtisadi münasibətlərini qoruyub saxlaya bilib. Azərbaycan qonşusu olaraq Gürcüstana ən çox investitsiya yatıran ölkədir. Təkcə dövlət səviyyəsində deyiul, kiçik ticarətdə də, vətəndaşların intensiv olaraq gediş-gəlişi baxımdan da Gürcüstan iqtisadiyyatı daha çox bəhrələnə bilir. Gürcüstan Azərbaycanın hesabına böyük strateji layihələrin iştirakçısıdır. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars kimi böyük regional layihələrə qoşula bilib. Gürcüstan Ermənistandan fərqli olaraq bütün qonşuları ilə ən yüksək səviyyədə iqtisadi münasibətlərini qoruya bilib ki, bu da ölkənin iqtisadi və siyasi baxımdan yüksəlişinə şərait yaradır.

Ermənistan isə Azərbaycan torpaqlarını işğal edib və məlumdur ki, bizim düşmənlərlə heç bir əlaqəmiz yoxdur. Bu da ermənilərin faktiki olaraq regiondakı iri strateji layihələrdən kənarda qalmasına səbəb olub. Türkiyə ilə də münasibətlər yox səviyyəsindədir. Ermənistan Türkiyə kimi qonşusunun açıq iqtisadi və siyasi dəstəyindən məhrumdur. Gürcüstanla qonşuluqda isə gürcülər özləri investitsiya cəlb etmək ehtiyacından olduğundan onların ermənilərə hər hansı bir iqtisadi xeyri dəyə bilməz. Həm də, Rəsmi Tiflisin faktiki olaraq Kremllə əlaqələri pis olduğundan gürcülər ermənilərlə yaxın təmaslarda maraqlı deyil...

Bəzən iddia edilir ki, Ermənistanın indiki baş naziri Rusiyanın adamıdır. Amma Nikol Paşinyanla Rusiya prezidentinin sonuncu görüşündə Putinin açıqlamasına diqqət edək. Açıqlama hədə və ümidsizliklə dolu diplomatik ifadələrlə zəngindir:

“Sizinlə hökumət başçısı vəzifəsində ilk görüşümdən məmnunam və sizə uğurlar arzulamaq istəyirəm. Ümid edirəm ki, münasibətlərimiz indiyə qədər olduğu kimi, sürətlə inkişaf edəcək. Fikrimcə, bizim strateji müttəfiqlik əlaqələrimiz müzakirəyə ehtiyacı olmayan məsələdir. Biz Ermənistanı regionda ən yaxın tərəfdaş və müttəfiq kimi görürük. Bu, iqtisadi və təhlükəsizlik sferasına da aiddir. Ümid edirəm ki, indiyə qədər Rusiya və Ermənistanın iqtisadi əməkdaşlıq sahəsində əldə etdiyi nəticələri qoruyub saxlamağa nail olacağıq”.

- Birinci cümlə, sonuncu ifadə “uğurlar arzulamaq istəyirəm” – Putin uğur arzulamır, sadəcə uğurların Rusiyadan asılı olduğunu deyir və hədə şəklində danışır.
- Birinci cümlə ilk və sonuncu ifadə “Ümid edirəm ki... indiyə qədər olduğu kimi ” – burada da Putin əvvəlki situatsiyanı dəyişməməlisiniz deyir.

Və bütün cümələr “Ümid edirəm” ifadələri ilə doludur. Buradan da görünür ki, Rusiya ermənilərə başa salmağa çalışır ki, siz heç zaman bizdən ayrıla, bizim diktəmizdən kənarda qalaraq müstəqil ola bilməzsəniz. Və bununla da ortada olan situatsiya vəziyyətin nə qədər gərgin olduğundan xəbər verir.

Mövcud vəziyyət Azərbaycana nə vəd edir? Azərbaycan dünyada böyük siyasi və iqtisadi nifuza malikdir. Ermənilərdən başqa bütün qonşuları ilə ən yüksək siyasi və iqtisadi münasibətlər qurub. Ölkənin iqtisadi və hərbi imkanları ermənistandan 4-5 dəfə çoxdur. Əgər ermənilər ruslardan ayrılmaq istəsələr və buna azca nail olsalar o zaman Azərbaycan işğal altında olan torpaqlarını çox qısa biz zamanda azad edə bilər. Aprel döyüşləri dövründə İrəvanın Rusiyaya necə yalvardığını kimsə dana bilməz. Bu dəfə yalvaracaq yer Avropa və ABŞ olacaqsa, onların bəyanatlardan başqa bir faydası olmayacaq. Rusiya isə erməniləri bu şəkildə cəzalandıracaq. Ən yaxşı halda “biz regionda sabitliyin tərəfdarıyıq” deməklə kifayətlənəcək.

Deməli ermənilərin ruslardan ayrılmaq istəkləri bizim üçün böyük şanslar yaradır.

Razi Abasbəyli Gundeminfo.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...