Dezinfeksiya Stansiyası “dərman mafiyası” ilə əlbir imiş REPORTAJ

Dezinfeksiya Stansiyası “dərman mafiyası” ilə əlbir imiş

Bakıda "dərman mafiyası” ilə əməkdaşlığına görə bağlanmış apteklərdə olmuşuq. Metronun "Nizami” stansiyası ilə üzbəüzdə yerləşən iki aptek prokurorluq əməkdaşları tərəfindən möhürlənib.

"Nizami”dəki apteklər…

AzEuroNews.com həmin apteklərin həbs edilən "Sanimed” MMC rəhbəri Müşfiq Nağıyevə məxsus olduğunu öyrənib.

Firmanın idxal etdiyi saxta və qeydiyyatsız dərmanlar həmin apteklədə satılırmış. Artıq bağlanan və möhürlənən apteklərin fəaliyyətini bərpa edəcəyi gözlənilmir.

Prokurorluq əməkdaşları yan-yana yerləşən apteklərə gələrək əczaçılardan kameraları söndürmələri tələb ediblər.

Sonra axtarışlar aparılıb və "dərman mafiyası”na bağlılığı barədə sübutlar götürülüb. Eyni zamanda bir neçə aptekdə analoji axtarışlar aparılıb.

Məsələn, metronun "İnşaatçılar” stansiyası yaxınlığındakı "Fatimə”, "Qlobus” aptekləri də araşdırılıb.

"Epidbiomed”-də yuyulan pullar

"Dərman mafiyası” ilə bağlı şirkətlərdən biri isə həbs edilən Namiq Əliyevə məxsus "Epidbiomed” MMC-dir.

Bu firma haqda gedən xəbərlərə görə, Bakı Dezinfeksiya Stansiyası 2013-cü ildə 216 min manatdan artıq büdcə vəsaitinin "axırına çıxıb”. Bu vəsait yalnız "Epidbiomed” MMC-yə tender vasitəsilə ayrılan puldur.
Dezinfeksiya Stansiyası “dərman mafiyası” ilə əlbir imiş


Bu pullara "Epidbiomed” MMC dərman preparatlarını almalı, kommunal xətlərin təmir işlərini həyata keçirməli, ehtiyat hissələri, sürtkü materialları, təsərrüfat malları, dəftərxana ləvazimatları almalı və mətbəə xidmətləri həyata keçirməlidir.

2004-cü ilin dekabrında yaradılan və əczaçılıq sektorunda monopoliya yaradan "Epidbiomed” MMC yarandığı gündən ölkəni dərman preparatları və vaksinləri ilə təmin etməyi öhdəsinə götürüb.

MMC Bakıda yaradılsa da, qısa müddətdə respublikanın bütün regionlarında nümayəndəliklərini yarada bilib.

Stansiya və dərman mafiyası

Etiraf etmək lazımdır ki, səhiyyə nazirinə yaxınlığı olmayan sıradan bir vətəndaşın bu qədər böyük biznesin altına girməsi mümkün olmazdı.

"Epidbiomed” MMC-nin əsas gəlir yerlərindən biri də respublikanın dövlət qurumlarının nəzdindəki tibb müəssisələrinin tibbi təchizatını tender yolu ilə həyata keçirməkdir.

Yəni, şirkət hər il 30-a qədər rayonun Mərkəzi Xəstəxanalarını tender yolu ilə, digər bütün rayonları isə tenderdən kənar peyvənd və zərdablarla təmin etməyi öz öhdəsinə götürüb.

Bizimxeber.az-ın məlumatına görə, həm Bakı Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov, həm də "Epidbiomed” MMC-nin rəhbərliyində olan Namiq Əliyev və Surxay Mustafayev səhiyyə naziri Oqtay Şirəliyevin yaxın adamlarıdır.

Generallar mafiya ilə əlbir

Baş prokurorluğun yaydığı görə, "Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyev cəmiyyətin satış şöbəsinin müdiri Hafiz Orucov, satış təmsilçisi Asim Kərimov, "Epidbiomed” MMC-nin təsisçisi Namiq Əliyev, həmin şirkətin direktor müavini Kamal Məmmədov və digər vəzifəli şəxslər saxlanılıb.

Onlar əlbir olaraq daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Yada salaq ki, aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub.

Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...