Elmar Vəliyev müəllimlərə zorla bilet satdırır - FOTOFAKT

"Kasıbçılıq içində çabalayan Gəncə şəhəri təhsil işçilərinin problemlərinin üzərinə daha bir problem də əlavə olundu.Gəncədə yeni filarmoniyanın fəaliyyətə başlaması universitetlərin, kolleclərin və orta məktəb müəllimlərinin şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən məcburən bu filarmoniyada keçirilən bütün konsertlərdə iştirak etmələrinə start verdi" bu sözlər GUNDEMİNFO.AZ-ın redaksiyasına müraciət edən bir qrup müəllimin müraciətindəndir.
Redaksiyamıza müraciət edən müəllimlər daha sonra iddia edirlər:
- Hər bir təhsil müəssisəsinə icra hakimiyyəti tərəfindən dəyəri 50 manat civarında olan konsert biletləri məcburi qaydada göndərilir.Maraqlıdır, öz müavini Sevda Qurbanəliyeva, işçiləri Həsən Məmmədov və Yadigar Bədəlov vasitəsilə bütün təhsil müəssisələrinə zəng edərək biri 50 manatdan bilet verir. Müəssisə rəhbərləri də həmin biletləri məcburi qaydada müəllimlərə satır. Konsertin müddəti keçmiş olsa da dəxli yoxdur, pulu alınır.Filarmoniyanın tutumundan 2 dəfə çox adama bileti məcburi şəkildə satırlar, çünki Elmar Vəliyev bilir ki, bu konsertlərə onsuz da heç kim gəlmir, ona görə də məsələn, yerlərin sayı 1200 olmağına baxmayaraq, 2000-dən artıq bilet satılır.
Biz dünən müəllimlərə məcburi qaydada satılan biletlərin birinin şəklini Sizə göndəririk. Biletin qiyməti, müğənninin Alim Qasımov olması və s. aydın görünür. Amma biletdə sıra və yerin nömrəsi, habelə biletin seriyası ağardıcı ilə ağardılıb. Ona görə ki, bunlar həmin nömrə ilə biletin hansı müəssisəyə verildiyini müəyyənləşdirib, həmin işçiləri işdən çıxartdıracaqlar.
Şikayətçilər gundeminfo.az-a yazır ki, həftə Kəpəz futbol komandasının biletlərini müəllimlərə məcburi şəkildə satırlar.Tələbə və müəllimləri dərsdən çıxarıb məcburi qaydada futbola, iməciliyə, küçə süpürməyə, hansısa bir obyektin açılışına və s. aparırlar. Bir gün valideyn bunların xirtdəyindən yapışıb soruşacaq ki,mən təhsil haqqı ödəyib övladımı bura təhsil almağa göndərirəm, yoxsa futbola baxmağa?
Hansı müəssisə müdiri bu biletləri götürməsə və ya pulunu bir gün gecikdirsə onda "kef " başlayır. Həmin şəxs ya vəzifəsini itirir, ya da ən yaxşı halda iclaslarda icra başçısı Elmar Vəliyevin söz ehtiyatında olan biabırçı təhqir və söyüşlərə tuş gəlir.
İndi təsəvvür edin, bir ayda əgər 4-5 konsert olarsa ,onda kasıb müəllimlərin aylıq maaşları heç bilet pulunu ödəmir. Bu gün 1200 nəfərdən çox tamaşaçı tutan filarmoniya artıq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və filarmoniyanın direktoru Samir Cəfərov üçün külli miqdarda qazanc mənbəyinə çevrilib.
Hara baxır Təhsil naziri!? Burdan müraciət edirik Təhsil Naziri Ceyhun Bayramova. Deyirik ki, bu təhsil müəssisələrinə kim nəzarət edir? Bu təhsil müəssisələri Elmar Vəliyevin nəzarətindədirmi yoxsa cənab nazir Sizin? Bu biyabırçılığa son qoymaq lazımdır. Gah kukla teatırı, gah dram teatr, indi də ortaya filarmoniya çıxıb. Axı bu millət yazıqdır.
Uşaq bağçaları, orta məktəblər, kolleclər, peşə məktəbləri, universitetlət, səhiyyə idarələri, xəstəxanalar, bütün müəssisələr bilet problemini yaşayır. Az qalırlar hər evə gətiurib məcburi şəkildə satsınlar. Bu sadaladığımız müəssisələrdə çalışanlar elə şəhər sakinləridir.
Mövzuyla bağlı Gəncə İcra Hakimiyyətinin də mövqeyini dinləçəyə hazırıq.
895 dəfə oxundu