Elmar Vəliyev “gəncəlilər”i qəbul etmir

Elmar Vəliyev “gəncəlilər”i qəbul etmir

"Kəpəz”in elitanı tərk edəcəyi rəsmən elan edilsə də, gəncəli azarkeşlər, komandanın məşqçilər korpusu hələ də AFFA tərəfindən güzəşt olunacağına ümidlərini itirməyiblər.

Ölkənin ikinci böyük şəhərinin futbol azarkeşləri klubun yaşaması və premiyer liqada fəaliyyətini davam etdirməsini arzu edirlər.

"Gəncəlilər”in üzvləri bu məsələnin danışılıb, həll edilməsi üçün Gəncə şəhər icra başçısı Elmar Vəliyevlə görüşmək fikrinə düşüb. Belə ki, "gəncəlilər” ona klubun xilaskarı kimi baxırdı.

Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı klub üzvlərini qəbul etmir. Belə ki, bugün – sabah deyərək vaxtı uzadır. Məlumatda bildirilir ki, hazırda klubun vəziyyəti daha da çətinləşməyə doğru gedir.
Məsələ ilə bağlı "Kəpəz” klubunun baş məşqçisi Yunis Hüseynovla əlaqə saxladıq. O da hələ ki, Elmar Vəliyevlə görüşə bilmədiyini deyib. Baş məşqçi də görüş təyin olunacağı günü səbirsizliklə gözləyir.

Qeyd edək ki, Elmar Vəliyev ötən ilin dekabrında Kirovabad "Dinamo”sunun SSRİ çempionatının yüksək liqasına yüksəlməsinin 50 illiyi ilə bağlı təşkil olunan tədbirdə qonaqlara, şəhərin idman ictimaiyyətinə və media nümayəndələrinə "Kəpəz”lə bağlı söz vermişdi. O, "Kəpəz”lə bağlı bunları dilə gətirib:

"Növbəti mövsümdə daha iddialı, avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq "Kəpəz” görəcəksiniz”. O həmçinin vurğulayıb ki, bunun üçün əməli addımlar atılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
655 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...