200 manalıq əskinaslara görə narahatlığa əsas yoxdur - iqtisadçı ekspert

200 manalıq əskinaslara görə narahatlığa əsas yoxdur -

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi müxtəlif artım və azalmalarla 8 milyard 110 milyon 57 min manatdır. Ölkənin ümumi pul ehtiyatları 10 milyard 783 milyon manatdır. Bu Mərkəzi Bankın carı ilin mart ayı üçün açıqladığı rəsmi statistikadır. Mərkəsi Bankın il ərzində hər 3 aydan bir açıqladığı rəqəmlərdə dövrlər üzrə nağd pul kütləsi bəzən artır, bəzənsə azalır. İlin dövrlərinə uyğun olaraq əhalinin, büdcə təşkilatlarının və ticarətdə iştirakçıların aktivliyindən asılı olaraq pul kütləsinin həcmi 15-20 faiz arasında (artım və azalma üzrə) dəyişir.

"Ölkə iqtisadiyyatında sürətli dinamika və böyümə müşahidə olunur. Azərbaycanda uzun illərdir ki, 1 və bəzi illərdə 2 rəqəmli infilyasiya müşahidə olunur. Ölkədə devalvasiya prossesi baş verib. Azərbaycanın milli valyutası xarici təzyiqlərdən qorumaq üçün yumşaq pul siyasəti həyata keçirilir. Bu ildən etbarən manatın məzənnəsində sabitləşmə yaranıb. Və dövriyyəyə buraxılan 200 manatlıq əskinaslar əslində illərdir gedən infilyasiyanın məntiqi nəticəsi kimi yaranmalı idi. 200 manatlıq əskinasların dövriyyəyə buraxılması mövcud iqtisadi şərtlərdə heç bir təhdid yaratmır.
Dövriyyədə olan nağd pul kütləsinin azalması səbəbindən, əhalinin ehtiyaclarının qarşılanması çətinliyi yaranır. Xüsusilə də iri ticarət münasibətlərində, banklarda aparılan nağdlaşdırılma prosseslərində iri nominallı əskinasların dövriyyəyə buraxılmasına mühim ehtiyac var idi. Bankomatlar vasitəsilə nağdlaşdırma zamanı da əksər hallarda kiçik nominallı pul kütləsi çatışmazlığı ortaya çıxırdı ki, bu da bir sıra problemlərə səbəb olurdu" Gundeminfo.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Razi Abasbəyli açıqlamasında bildirib.
200 manalıq əskinaslara görə narahatlığa əsas yoxdur -

Mərkəzi Bank rəsmən açıqlayır ki, böyük nominallı və əlavə pul emissiyası, ölkədəki faiz dərəcələrinə, inflyasiyaya, dollarlasma səviyyəsinə, ATM və posterminallarla aparılan qeyri-nəğd ödənişlərin səviyyəsinə, MB-nin yumsaq pul siyasəti ilə pul kütləsinin həcminə və nəhayət qısa müddətdə iqtisadiyyatdakı çox yüksək böyümənin nəticəsində əlavə nəğd pula olan tələbi qarşılamaq üçün həyata keçirilir..
Faktiki vəziyyətdə dünya bazarında Azərbaycan neftinin qiyməti kifayət qədər yüksəkdir. İdxal-ixrac əməliyyatlarında müsbət saldo var. Böyümə kifayət qədər yüksəkdir. Xüsusilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 55,1% artıb. Ticarət əməliyyatlarının 3 026 051,23 min dollarını idxal əməliyyatları, 5 651 907,87 min dollarının (hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla) ixrac əməliyyatları əhatə edib. Son 1 ildə idxal 39,8%, ixrac isə 64,8% artıb. Beləliklə, dörd aylıq ticarət dövriyyəsinin 2 625 856,64 min dollarlıq müsbət saldosu yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Yanvar-aprel aylarında Azərbaycandan 1 936 çeşiddə mal ixrac olunub. Ölkəyə idxal olunan məhsul çeşidinin sayı isə 6 401 təşkil edib. Ona görə də manatın devalvasiyasından hələlik söhbət gedə bilməz. Yəni 200 manatlıq əskinasın buraxılması növbəti devalvasiya, pul kütləsinə hər hansı şəkildə təsiri gözlənilmir.
Nəzərə almaq lazımdır ki, iri pul kütləsinə olan təlabat uzun zaman var idi. Həm də burada psixoloji bir tendensiya daha var. Ən iri nominallı manat əskinası ABŞ dolları üzrə ən iri nominallı 100 dollardan kiçik idi. Artıq Azərbaycanın ən iri nominallı pul vahidi ABŞ dollarından bahadır. Və bu idxal ixrac əməliyyatlarında psixolji təsirlə yanaşı iri ticarət dövriyyəsi üzrə nağd hesablaşmalarda mühim üstünlüklər yaradır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...