Yardımlının icra başçısı işdən çıxarılacaq – Ayaz Əsgərov kimlərin qəzəbinə gəlib

Yaxın günlərdə Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov vəzifəsindən uzaqlaşdırıla bilər. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Azərbaycan Prezidentinin də şəxsi təşəbbüsü ilə ölkəmizdə böyük təntənəylə keçirilən Cumhuriyyətimizin 100 illik yubileyi ilə bağlı tədbirlərə qadağa qoyub. Yardımlı rayonundan Gundeminfo.az-a daxil olan məlumata əsasən mayın 28-i ərəfəsində rayonda 100 illik tədbirlərlə bağlı rəsmi olaraq heç bir proqram təsdiqlənməyib.
Bu günlərdə isə bunun sübutu olaraq, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, əslən Yardımlıdan olan sabiq millət vəkili Sabir Rüstəmxanlıya təhsil aldığı orta məktəbdə görüş keçirməyə qeyri rəsmi şəkildə qadağa qoyub. “O niyə belə bir xam xəyala düşməlidir ki, Yardımlının şagirdlərinin istəyini nəzərə almadan, bu dövlətin bərpasında xidməti olan, ölkənin köhnə nazirini, 25 illik millət vəkilini, Azərbaycanın Xalq şairini, nəhayət bu rayonda doğulmuş bir insanı öz bitirdiyi məktəbə buraxmamaq qədər gülməli, heç bir hüquq və insanlıq normasına sığmayan bir işi görə bilər, Yardımlıda buna gücü çatar və sonra da qalıb bu rayonda xalqın üzünə utanmadan baxa-baxa vəzifəsini sürdürər?”” deyə millət vəkili öz facebook səhifəsində yazıb.
Sabiq millət vəkili daha sonra yazır: “Niyə bir şairin, bir ziyalının öz doğma məktəbində görüş keçirməsi Prezident Aparatı və nazirlik səviyyəsində həll olunmalı, niyə rayon başçısı bu işə qarışmalıdır? Bu, məktəbin, müəllimin öz işi, öz səlahiyyəti və öz məsuliyyətdir. Hər xırda iş gedib rəhbərlik səviyyəsinə çıxmalı deyil”.
25 il Azərbaycanın millət vəkili olmuş Sabir Rüstəmxanlı həm də ikincisi, bu nadir nüsxəni hardan tapıblar və Yardımlı kimi işləyən başçıya ciddi ehtiyacı olan rayona niyə göndəriblər? deyərək yazıb.
Gundeminfo.az-a daxil olan məlumata əsasən rayonda təkcə bayram ərəfəsində deyil Ayaz Əsgərovun icra başçısı olduğu dönəmlərdə ciddi sosial problemlər yığılıb qalıb. İcra başçısı rayonda sahibkarlardan hər ay “haqq” toplamaqla total narazılıq yaradıb. Bu baxımdan da son xəbərlərdə A.Əsgərovun fəalıiyyətinin təftiş edilməsinə başlanıldığı və yaxın günlərdə vəzifədən alınacağı iddiaları yer almaqdadır.
354 dəfə oxundu