İsmayıllının icra başçısı vəzifəsindən azad edilir?

İsmayıllı rayon icra hakimiyyətinin icra başçısı Mirdamət Sadıqov yaxın günlərdə vəzifəsindən azad edilə bilər. Bu barədə gundeminfo.az-a daxil olan məlumata əsasən adıçəkilən icra hakimiyyəti ilə bağlı bir müddət əvvəl Hesablama Palatasının dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə dair faktlar aşkarlanıb. Hesablama Palatası növbəti Kollegiya iclası keçirib
Məlumatda bildirilirdi ki, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından İsmayıllı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi müzakirə olunub.
Məlumata görə, həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb. Gələn məlumatlara görə, Hesablama Palatası İsmayıllı RİH-də korrupsiya faktları aşkarlayıb. Büdcə vəsaitlərinin xərclənməsində yol verilən yeyintilər və mənimsəmələr Milli Məclisə çatdırılıb. İxtisasca iqtisadiyyatçı olan İsmayıllının icra başçısı Mirdaməd Sadıqov maliyyə əməliyyatlarında peşəkar olsa da, Palatanı aldatmaq mümkün olmayıb. Onun adı milyon manat qalmaqallarında, rüşvətxorluqda, özbaşınalıqda, brilyant biznesində hallanır. Sakinlərin sözlərinə görə, M.Sadıqov sadəcə təyinatının ilk aylarında vətəndaşlarla görüş keçirib, onları narahat edən məsələləri dinləyib. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi İsmayıllının 32 kənd üzrə buğda əkini üçün ayrılmış 799 min 397 manat 20 qəpik vəsaitin ən azı 35-40 faizini saxta sənədlər tərtib edilməklə mənimsənilməsi haqda ciddi şübhələrini təftiş edib. Nazirlik bu şübhələrində əminliyi təmin etmək üçün İsmayıllının 5-6 kəndində monitorinqlər də aparıb. Və bu zaman korrupsiya faktını təsdiq edən dəlillər ortaya çıxıb. 32 kənd üzrə 5723 hektar buğda əkildiyi haqda sənədlər tərtib edən Mirdamət Sadıqovun yerli icra nümayəndələrindən ibarət komissiya ümumilikdə 19 min 984 hektar 93 sot buğda səpini aparıldığını rəsmi sənədlərdə qeyd edib. Buna uyğun olaraq isə rayon üzrə 799 min 397 manat 20 qəpik pul ayrılıb. Lakin bu qədər hektara və ayrılan dəstək puluna rəğmən, məhsuldarlığın gözlənildiyindən kəskin aşağı olması, nazirliyi hərəkətə gətirib. Elə bu fakt da Mirdamət Sadıqov, onun aqrar məsələlər üzrə müavini Həsən Həsənov və yerli icra nümayəndələrini qorxuya salıb(korrupsiya.az).
Gundeminfo.az-a daxil olan informasiyaya əsasən yuxarıda sadalanan faktlar ən yüksək dairlərdə müzakirə edilib. Hətta İsmayıllı rayonunda ekoloji vəziyyətlə bağlı yeni nazir Muxtar Babayevin göstərişi ilə araşdırmalara da başlanılıb. İsmayıllı meşələrində baş verən vəziyyətlə bağlı olaraq yeni nazirin göstərişi ilə bağlı ciddi nöqsanların aşkarlandığına dair informasiyalar var. Bütün bunlar isə yaxın günlərdə Mirdamət Sadıqovun işdən azad ediləcəyinə dair xəbərlərin yayılmasına səbəb olub. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
877 dəfə oxundu